Meyvələr bir qayda olaraq standart yeşiklərə qablaşdırılır (Şəkil 7.5)
Meyvələr qablaşdırıldıqdan sonra yeşiklər bağlanır və etiketlənir.
Bir qrup əzilməyən meyvələr emal üçün nəzərdə tutulursa(alça, gavalı, şəftəli, göyəm, zoğal, və s.) iri tutumlu yeşiklərə tökülərək silkələməklə qablaşdırıla bilər.
Qablaşdırılmış meyvələr məqsəddən,istifadə istiqamətindən asılı olaraq saxlanma, yeyilmə və ya emal üçün istifadə edilə bilər.
Çəyirdəkli meyvə bitkiləri əksəriyyətlə şirəli və nazik qabıqlı olduğundan yığımdan sonra uzun müddət saxlamaq olmur.Yığılmış məhsul tez bir zamanda yeyilməli, emal olunmalı, qurudulmalı (Şəkil 7.6) və yaxud da soyuducularda qisa müddət ərzində( 1-2 ay) saxlanıla bilər.