Öyrənmə elementinin vacibliyi haqqında məlumat:
Yığımın düzgün təşkili üçün ilk növbədə məhsuldarlıq müəyyənləşdirilməli, yığım vaxtı dəqiqləşdirilməli, işçi qüvvəsi, qablaşdırıcı material, alət və avadanlığa tələbat hesablanmalıdır.
Məhsuldarlığın təyini, mütəxəssisdən sortun biomorfoloji xüsusiyyətlərini, onun orta meyvə bağlama əmsalını, meyvənin kütləsini bilməyi tələb edir. Məhsuldarlıq qabaqcadanproqnozlaşdırma ilə və həmçinin yığım ərəfəsində meyvələrin faktiki miqdarına əsasən hesablana bilər.
Qabaqcadan müəyyənləşdirmə erkən yazda meyvə verəcək (generativ) tumurcuqlara görə, çiçəkləmə zamanı çiçəkləmənin gücünəəsasən, meyvəcik və meyvələrin kütləvi tökülməsindən sonra isə ağac üzərində qalan meyvələrə görə aparılır.Lakin nəzərə alsaq ki, çiçək və meyvəciklərin miqdarı hava şəraitindən asılı olaraq eyni qalmayacaq, onda proqnoz obyektiv reallıqdan uzaq olacaq.Buna görə də hər sort üzrə konkret şəraitdə 3-4 illik məhsuldarlığa əsasən məhsuldarlıq müəyyənləşdirilir.
Faktiki məlumatlara əsasən məhsuldarlığın müəyyənləşdirilıməsi zamanı ağacda meyvənin sayı, meyvənin kütləsi, bağda ağacların miqdarını bilməklə hektardan məhsuldarlığı təyin etmək mümkündür.
Moduldan bəhrələnən öyrəncilər müəyyən məlumatların əsasında qabaqcadan hər cins üzrə ayrıca və ümumi yığım planı tərtib etməklə gün və ay ərzində yığılacaq məhsulu hesabatını apara biləcəkdir.
Yığım zamanı əl iləvə mexanizmlərlə yığma qaydalarını bilərək məhsulu çeşidlərə ayırır. Meyvənin yığılması vaxtından asılı olaraq onun istehlak keyfiyyəti dəyişə bilir.Ona görə də meyvələri yığım yetişkənliyindən qabaq yığmaq olmaz.
Yığılmış meyvələr istifadə istiqamətinə uyğun olaraq ayrılır, qablaşdırılır.Bir başa satışa göndərilən məhsullar ayrı yığılır, saxlanma üçün nəzərdə tutulan məhsullar isə bir daha çeşidlənir, kalibirləşdirilir və dezinfeksiya olunmuş xüsusi anbarlara və yaxud da saxlayıcı soyuduculara qoyulur və plan üzrə nəzərdə tutulmuş vaxt tamam olduqda satılmaq üçün iştifadə olunur.
Çəyirdəkli meyvə bitkiləri əksəriyyətlə şirəli və nazik qabıqlı olduğundan yığımdan sonra uzun müddət saxlamaq olmur.Yığılmış məhsul tez bir zamanda yeyilməli, emal olunmalı, qurudulmalı və yaxud da soyuducularda qisa müddət ərzində (1-2 ay) saxlanıla bilər.