Çəyirdəklilərin vertisilliyozu və ya bitkilərin infeksion soluxması. Xəstəlik bütün meyvəçilik zonalarında geniş yayılmışdır. Çəyirdəkli meyvə bitkilərindən gavalı, ərik, albalı, gilas, şaftalı və badam da yoluxurlar.
Vertisilliyozun xarakterik xüsusiyyəti - bitkilərin qəflətən və ya yavaş-yavaş soluxmasıdır (Şəkil 6.8).
Mübarizə tədbirləri. Çəyirdəkli meyvə bitkilərini vertisilliyozdan qorumaq üçün bitkilərin yoluxmasının qarşısını alan, davamlılığı və həyatilik qabiliyyətini yüksəldən kompleks təşkilati-təsərrüfat, aqrotexniki və başqa tədbirlər həyata keçir ilməlidir. Yeni bağlar bu xəstəliyə qarşı davamlı bitkilər becərilən sahələrdə salınmalı, 5-7 il müddət gözlənilməli, bitkilərə düzgün qulluq edilməlidir. Torpağı becərərkən, bağlarda cərgələrarası şumlanarkən köklərin zədələnməsinə yol verilməməlidir.