Öyrənmə elementinin vacibliyi haqqında məlumat:
Respublikada becərilən çəyirdəkli meyvə bitkiləri düşdüyü şəraitdən və becərilmə texnologiyasından asılı olaraq müxtəlif xəstəlik və zərərvericilərlə sirayətlənirlər (yoluxurlar). Yoluxma dərəcəsindən asılı olaraq təsərrüfat sahibləri məhsul itkisi ilə üzləşirlər.Respublikanın ayrı-ayrı bölgələrində becərilən çəyirdəkli meyvə bitkiləri şəraitdən, becərilmə texnologiyasından və sortun bioloji xüsusiyyətindənasılıolaraq müxtəlif dərəcədə yoluxurlar. Lakin aparılmışmüşahidələrin nəticəsi olaraq sübut olunmuşdur ki, əksər yoluxmaların səbəbi əsasən düzgün qulluq işlərinin tətbiq olunmamasıdır.Buraya əkindən bitkilərin müxtəlif inkişaf fazalarında tətbiq olunası aqrotexniki qulluq və paralel olaraq mübarizə tədbirlərinin vaxtında və düzgün tətbiq edilməməsi səbəb olur.
Çəyirdəkli meyvə bitkiləri xəstəlik və zərərvericiləri bütün cinslərdə eyni dərəcədə olmur. Odur ki, birində güclü sirayətlənmə olduğu halda digərlərində ya heç olmur və yaxud da ona nisbətən zəif yoluxur.
Çəyirdəkli meyvə bitkilərinin moniliozu çox zərərli xəstəlikdir. Bu xəstəlikdən ən çoxu ərik, nisbətən az isə gilas, albalı, gavalı, şaftalı və başqa çəyirdəklilər əziyyət çəkirlər. Bəzi xəstəliklər bitkilərin müəyyən bir orqanını zədələyirsə elə xəstəliklər var ki, onlar bitkilərin əksər orqanlarını yoluxdurur və məhv edir. Məsələn Klasterosporioz və ya deşikliləkəlik. Çəyirdəkli meyvə bitkiləri becərilən bütün dünya ölkələrində geniş yayılma arealına malikdir. Xəstəliklə ərik və şaftalı daha güclü, nisbətən az gavalı, albalı, gilas, alça və başqa çəyirdəklilər yoluxurlar. Bu bitkilərin praktik olaraq bütün yerüstü hissələri-yarpaq, tumurcuq, çiçək, toxumluq, meyvə, zoğ və budaqlar xəstəliyə qarşı həssasdırlar.Xəstəliyin yarpaqda meydana çıxması klasterosporioz üçün daha xarakterikdir.Bu əlamət yarpağın həşəratlar tərəfindən yeyilməsini xatırladır.Yarpaqlarda olan deşiklərin mövcudluğuna görə klasterosporiozun bu forması çox zaman deşikli ləkəlik adlandırılır.
Xəstəlik və zərərvericilərin yayılması dünyada qlobal problemə çevrilib. Xəstəlik və zərərvericilər düşdükləri şəraitdə tez bir zamanda uyğunlaşa bilirlər.Əgər həmin şəraitdə bitki becərilirsə deməli xəstəlik və zərərverici də o şəraitdə inkişaf etmək imkanı qazanır.
Çəyirdəkili meyvə bitkilərinə zərər vuran həşəratlar eyni zamanda başqa meyvə bitkilərinə də zərər vurur.
Alma yaşıl mənənəsi,Alma vergülşəkilli çanaqlı yastıcası,Bənövşəyi canaqlı yastıca,Kaliforniya canaqlı yastıcası bu zərərvericilər çəyirdəklilərlə yanaşı müxtəlif tumlu meyvə bitkilərinə də güclü zərər vururlar.Bu zərərvericilər respublika üçün karantin zərərvericilər hesab edilirlər.
Deməli bağçılıqla məşğul olan fermer və sahibkarlar xaricdən ting alarkən tingləbərabər həm də xəstəlik və zərərvericiləri də ölkəyə gəlməsinə və yayılmasına şərait yaradırlar.