|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Aşağıda verilmiş cümlələrin doğru və ya yanlış olduğunu işarələyin:
Sual 1. Formaverici budama bitkilər məhsula düşənə qədər tətbiq edilir.
Sual 2. Nizamlayıcı budama ağaclar məhsula düşdüyü vaxtdan sonra tətbiq
olunur.
Sual 3. Cavanlaşdırıcı budama tinglər bağa əkildiyi vaxtdan aparılır.
Sual 4. Dağlıq və dağətəyi rayonlarda meyvə bitkilərinin quru budanmasının ən
yaxşı vaxtı payız dövrüdür.
Sual 5. Budaqların əyilərək istiqamətinin dəyişdirilməsi boy və məhsulverməyə
mənfi təsir göstərir.
|
|
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Meyvə bitkiləri nisbi sükunət dövründə aşağı(mənfi) temperaturlara dözümlü olur.
Sual 7. Özübarsız olan sortların arasında tozlayıcı sortların əkilməsi vacibdir.
Sual 8. Meyvə yığımının ləngidilməsi meyvələrin kütləvi tökülməsinə səbəb olur.
Sual 9.
Meyvə bağlarına gübrələrin verilməsi vaxtı onların növündən, torpağın tipindən, bitkilərin ayrı-ayrı
fazalarda qida elementlərinə olan tələbindən asılıdır.
Sual 10. Meyvə bitkiləri müxtəlif üsullarla şırımlarla, zolaqlarla, dairələrlə, süni
yağışyağdırma, damcılarla, torpaqdaxili suvarma ilə suvarılır.