Çiçəklərin tozlanmasının təmin edilməsi. Meyvə bitkilərinin əksər sortları özübarsız olduğundan bol və keyfiyyətli məhsul vermək üçün çarpaz tozlanma tələb edir. Çarpaz tozlanma külək (anemofil) və həşəratla (entomofil) aparıla bilir (Şəkil 5.24). Məhsuldarlığın artırılmasında bal arılarının böyük rolunu nəzərə alaraq hər hektara 2-3 arı ailəsi yerləşdirmək məsləhət görülür. Onlar 25-30 ədəd olmaqla qruplarla hər 400-600 m-dən bir qoyulduqda bütün ağacların çiçəklərinin tozlanmasını təmin edir. Məhsulun normalasdırılması. Məlumdur ki, ağac üzərində olan cəmi çiçəklərin çox az qismi (çəyirdəkliələrdə 15-25 %) faydalı meyvəvermə imkanına malikdir. Qalanları isə ayrı-ayrı müddətlərdə kütləvi şəkildə tökülərək çoxlu miqdar qida maddələri itkisinə səbəb olur. Bitkilərin həddən artıq meyvə ilə yüklənməsi (hər m2 yarpaq səthinə 3-5 kq-dan çox) meyvələrin xırdalaşmasına və ilaşırı məhsuldarlığa səbəb olur. Ona görə də mötədil meyvəbağlama və ağacların məhsulunun vaxtında norma laşdırılması sonrakı itkinin və xərcin qarşısını alır. Çiçək və meyvələrin seyrəldilməsi mexaniki yolla və kimyəvi preparatların köməkliyi ilə aparılır. (Şəkil 5.25). Mexaniki üsul budama və əl ilə seyrəltməni nəzərdə tutur. Böyük əmtəəlik meyvə bağlarında çiçək, meyvəcik və meyvələrin seyrəldilməsi kimyəvi preparatlarla da aparılır. Çiçəklənmənin normalaşdırılması məqsədilə DNOK (dinitrok-rezolyat), DNF (dinitrofenol), ANU (alfanaftil sirkə turşusu) və onun duzları, həmçinin etrel, sevin və d. preparatlar da istifadə edilir. |