Çim-çürüntü sistemi. Normal suvarma fonunda intensiv bağlar üçün ən perspektivli sistemdir. Cərgəaraları çoxillik ot, cərgə özü isə (gövdəətrafı) qara herik altında saxlanır. Ot biçilir, xırda doğranır və sahəyə tökülür. Bir neçə vaxtdan sonra torpaqda təbii çürüntü yarandığından o, üzvi mulçaya çevrilir (Şəkil 5.17). Bu sistem həm bütöv bağ sahəsi üçün, həm də cərgədən bir tətbiq edilə bilir. Müxtəlif sistemlərdə çoxillik otlar aşağıdakı normalarla səpilə bilər (kq/ha):
Payızlıq noxud - 130-160
Çöl noxudu və yulaf - 100-120+50-60 Payızlıq çöl noxudu və çovdar - 100-120+100-120 Noxud və yulaf- 120-150+50-60 Xardal- 18-20 Qarabaşaq- 120 Acıpaxla (ağ, sarı, göy, ensizyarpaq) - 180-220 Sarı acıpaxla və yulaf - 150-180+50-60 Payızlıq çovdar - 120-140 Faseliya- 14-16 |
Torpağın becərlməsi rütubətin toplanmasına, onun qorunmasına, alaqlarla mübarizəyə, torpağın mikroflorasının yaxşılaşdırılmasına, xəstəlik və zərərvericilərin məhv edilməsinə yönəldilmiş texnoloji qulluqdan ibarət olur. Bu məqsədlə torpağın əsas becərilməsi üsullarından biri payız şumudur. Payız şumu yarpaq tökülməzdən 20-25 gün qabaq aparılır. Uca boylu calaqaltılar üzərində calanmış çəyirdəkli meyvə bitkiləri altında olan sahələrdə 16-18 sm dərinlikdə aparılır.
Meyvə bağlarında alaqlarla mübarizədə uzun müddət mexaniki vasitələrdən istifadə etdikdə torpağın alt qatında sıxlaşma və «döyənək» əmələ gəlir.
Bu səbəbdən alaqlarla mübarizədə kimyəvi vasitələrdən - herbisidlərdən istifadə edilməsi torpağın becərilməsinə çəkilən xərci azaldır, torpağın yuyulması ehtimalını aradan qaldırır.
Meyvəçilikdə torpağa verilən sistem xarakterli herbisidlər daha səmərəlidir. Çünki onlar meyvə bitkilərinə təsir etmədən, alaq otları cücərən ərəfədə onları məhv edir. Bu qrupa simazin, atrazin, propazin və prometrin daxildir.