Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. Mailliyi 10°-dən artıq olan ərazilərdə ağaclar necə əkilir?
A) Kvadrat əkin;
B) Düzbucaqlı əkin;
C) Terraslarda;
E) Şırımlarda.
Sual 12.Çəyirdəkli meyvə bitkilərinin alçaq boylu sortlarının becərilməsi üçün torpaqda
qrunt sularının səviyyəsi nə qədər olmalıdır ?
A) 1,5 m- dən dərində;
B) 0,5 m dərinlikdə;
C) 1,5m- dən yuxarıda;
D) 1 m-dən dərində.
Sual 13. Yabanı halda bitən hansı bitkilər sahənin şoranlığını bildirir?
A) Ceyranotu, yovşan, qayaotu, dovşan kələmi;
B) Çayırçiçəyi, dəvəqulağı, qaraşoran, çərən;
C) Palıd, ağcaqayın, göyrüş, fıstıq;
D) Ardıc, qaratikan, dağdağan, murdarça.
Sual 14. Bağ salınarkən bağın istiqaməti cəhətlər üzrə necə olmalıdır?
A) Şimaldan cənuba;
B) Şərqdən qərbə;
C) Qərbdən cənuba;
E) Fərqi yoxdur.
Sual 15. Əsas bağ sahəsi 200 ha, istsmar müddəti 20 il, vaxt fərqi 4 il olduqda tələb
olunan ehtiyat bağ sahəsini tapın:
A) 60 ha;
B) 20 ha;
C) 50 ha;
D) 40 ha.