Mexanizmlərlə əkin. Əl ilə əkin ağır zəhmət, vaxt və yüksək xərc tələb etdiyindən bu üsul yeni tipli, intensiv bağlar üçün özünü doğrultmur, belə bağlarda hektarda bitkilərin miqdarı çox olduğundan mexanizmlərlə əkin daha səmərəlidir (Şəkil 4.17).
Meyvə bağlarının uzunmüddətli, sabit və keyfiyyətli məhsul verməsi, bağ növbələşməsi sisteminin düzgün təşkili ilə sıx bağlıdır.
Bağ növbələşməsi vacib texnoloji əməliyyat olub torpaq yorğunluğunu aradan qaldırmaq, münbitliyi bərpa etmək, su və hava rejimini nizamlamaq, xəstəlik və zərərvericilərin inkişafını məhdudlaşdırmaq məqsədi güdür.
İntensiv tipli meyvə bağları tez məhsula düşür, hər il və yüksək keyfiyyətli məhsul verir. Əvəzlənmə zamanı köklənmiş yaşlı ağacların yerinə, həmin ildə eyni cinsdən olan ağacların əkilməsi yolverilməzdir. Çəyirdəkli meyvə bitkiləri çıxarıldıqdan sonra onların köklərinin çürüməsi nəticəsində həm zəhərli maddələr (amiqdalin və s.), həm də nematod və patogen mənşəli mikroorqanizmlər yaranır. Torpaqda köklərin çürüməsi və zəhərlərin zərərsizləşməsi üçün ən azı 2-3 il tələb olunur.
İstismar dövrünü başa vurmuş bağ sahələrinin vaxtında və məhsul istehsalı planına zərər vermədən köklənməsini təşkil etmək məqsədilə, iri əmtəəlik bağlarda sahənin təşkili zamanı aşağıdakı sahələr nəzərdə tutulmalıdır:
1. Ehtiyat sahə;
2. Cavan, məhsula yeni düşən sahə;
3. Məhsuldar və hər il köklənən sahə.
Ümumi qəbul edilmiş qaydaya əsasən, ehtiyat bağ sahəsi aşağıdakı formul əsasında hesablanır: