Nəzəri biliklərin qiymətləndirilməsi
Test 4
Sual 1. Bitkilərin vegetativ orqanları hansı variantda düzgün qeyd olunmuşdur?
A) Kök, gövdə, yarpaq;
B) Yarpaq, kasa yarpaqları, toxum;
C) Ləçəklər, toxum, tozcuq;
D) Kök, yarpaq, çiçək.
Sual 2. Bitkinin generativ orqanları hansı variantlarda düzgün qeyd olunmuşdur?
A) Kök, çiçək, ləçək;
B) Budaqlar, kök, toxum;
C) Çiçək, meyvə, toxum;
D) Mil kök, yarpaq ayası, saplaq
Sual 3. Toxumla meyvə bitkilərinin artırılmasının mənfı xüsusiyyətlərindən biri aşağıda göstərilən variantlardan biridir. Həmin variantı qeyd edin.
A) Bitkiyə daha çox gübrə vermək lazımdı;
B) Vaxt baxımından bitkinin bar verməsi üçün çox vaxt tələb olunur;
C) Bitki xəstəlik və zərərvericilərlə daha tez sirayətlənir;
D) Bitki bar vermir
Sual 4. Tərəvəz bitkilərinin toxumla artırılması üçün həmin toxumlar ........................................... Nöqtələrin yerinə aşağıda qeyd olunmuş uyğun variantı qeyd edin.
A) Toxum quruducusunda yüksək temperaturda qurudulmalıdır;
B) Toxum üyüdülməlidir;
C) Toxumlar su ilə isladılır;
D) Toxumlar soyuducuda saxlanılır
Sual 5. Böyümə xarakterinə görə meyvə bitkiləri neçə qrupa ayrılır?
A) 10;
B) 2;
C) 3;
D) 6.