Calaqaltıların yarpaqla çıxarılması onun zəifləməsinə, hətta qurumasına gətirib çıxara bilər. Yarpaqları 0,1-0,2 faizli kalsium-xlorid xloratı ilə, yaxud 0,2-0,3 faizli maqnezium-xlorit məhlulunu çiləmə yolu ilə tökmək olar.
Calaqaltılar iri sahələrdə traktora qoşulmuş VPN-2 və başqa markalı kotanla qazılıb çıxarılır. Kotan torpağın dərinliyinə elə nizamlanmalıdır ki, calaqaltılar qazıb çıxarılarkən kökləri zədələnməsin. Kotan, cərgələrin uzununa istiqamətdə calaqaltıları qazıb çıxartdıqca və onun dalınca gedən işçilər, calaqaltıları yığıb (dəstədə 100 ədəd olmaqla) dəstələrə bağlayır. Calaqaltılar qurumasın deyə divarı maili olan 20 santimetr dərinlikdə kök hissəsini və kökdən bir az yuxan hissəsini narın torpaq ilə müvəqqəti örtürlər.
4.8. Tərəvəz şitillərinə qulluq
Tərəvəz şitillərə qulluq işləri onların gələcəkdə bol məhsul verməsi üçün vacib şərtlərdən biridir. Belə ki, aqrotexniki tədbirlər vaxtı-vaxtında aparılmalı, açıq sahəyə köçürülməmişdən qabaq şitillərin lazımi səviyyədə su ilə təmin edilməsi lazımdır. Sahəyə köçürülməyə hazır olan şitillərin kök sistemi möhkəm, gövdəsi yoğun, 6-7 əsas yarpaqlı və hündürlüyü 10-15 santimetr olmalıdır.
Şitillərin normal inkişaf edib böyüməsi üçün 5-8 qram ammonium şorası, 20-30 qram superfosfat və 10 qram kalium sulfat və ya kalium xlorid suda həll edilir və sahəyə çilənir. Cücərtilərdə yanıq əmələ gəlməsin deyə bir neçə dəfə onlar təmiz su ilə yuyulur, əkinə 8-10 gün qalmış şitillər tez-tez havalandırılır.
Ləklərin kənarına ilbiz və zərərvericilərdən qorunmaq üçün kimyəvi preparatlardan Metadeks, Helmed (5 faizli Metaldehid) səpilir. Sonra şitillərə aqrotexniki qulluq (o cümlədən alaqların vurulması, dib yumşaltma, seyrəltmə və suvarma) işləri aparılır.
Aprelin sonunda torpağın əkinə hazırlanması sələf bitkilərin qalıqlarının təmizlənib çıxarılması ilə başlanır. Sonra 13-15 santimetr dərinlikdə təkrar şum və iki dəfə malalama aparılır. Yazda torpağın yumşaldılması üçün 12-14 santimetr dərinlikdə kultivasiya çəkilir. Bu zaman torpağa lazım olan herbisidlərdən verilir.
Hazır şitillər mayın ikinci ongünlüyünə kimi arat olunmuş sahəyə köçürülür. Şitil əkildikdən sonra təkrar su verilməlidir. 3 gündən sonra isə mütləq şitillərin boğazına torpaq vermək lazımdır. Şitil əkinindən 4-5 gün sonra bitkilərin yoxlanılması aparılır. Tələf olmuş şitillərin yerinə həmin sortdan yeni şitil əkilir. Badımcan bitkisində suvarmaların sayı pomidora nisbətən çox olur, çünki badımcan suya çox həssas bitkidir. İlk vaxtlarda, yəni vegetasiyanın əvvəlində suvarma norması bir hektara 300 kub metr, meyvə əmələgəlmə dövründə isə bir hektara 400-500 kub metr olur. Birinci gübrə verilməsi əkindən 10 gün sonra ümumi gübrə normasının bir hissəsi sahəyə verilir. İkinci yemləmə isə 1-ci və 2-ci kolda meyvələrin kütləvi yetişməsindən 20-25 gün sonra verilir.
Hazır şitillər mayın 10-dan 15-ə kimi əvvəlcədən hazırlanmış sahəyə köçürülür. Bunun üçün yığılmış şitillər 70x35 santimetr qida sahəsi verməklə cərgələrə əkilir. Əkinə su verməklə birgə əl ilə aparılır. Şitili maşınla əkmək üçün şitilbasdıran SKN-6 və SKN-6A maşınlarından da istifadə etmək olar. Şitil əkinindən 4-5 gün sonra bitkilərin yoxlanılması aparılır. Tələf olmuş şitillərin yerinə həmin nümunədən olan şitil əkilir, 15 gündən sonra isə birinci şitil gübrəsi verilir. İkinci şitil gübrəsi isə meyvələrin kütləvi əmələ gəlməsindən 20-25 gün sonra verilir.