Yığım meyvə - çiçək yatağı üzərində bir-birinə six bitişmiş çoxlu dişicik mayalanaraq giləyə çevrilir və bütöv meyvə verir.
Hamaş meyvə - bir əsasda, bir-bir ilə anatomik vəhdət təşkil edən bir qrup mayalanmış yumurtalıq bütöv meyvə əmələ gətirir.
Partenokarp (bakirə) meyvə - dişi cinsiyyətli çiçəkdə yumurtalıq mayalanmadan meyvə əmələ gəlir. Belə meyvələrdə toxum olmur. Narıngi, portağal, xirnik, üzüm, incir, tut, armud və digər bitkilərin meyvələrində belə xüsusiyyət olur.
Apomiksis meyvə - bakirə meyvədə olduğu kimi mayalanma getmədən meyvə əmələ gəlir, lakin meyvələrdə həyat qabiliyyətli toxum olur. Meyvənin xarici hissəsinə meyvə yanlığı və ya perikarp deyilir.
Perikarp yumurtalığın üst qatından (epidermis) əmələ gəlir və aşağıdakı hissələrdən ibarətdir:
Meyvə Şəkil 4.16-da əks olunmuş quruluşa malikdir.
A - Alma meyvəsinin kəsiyi;
B - Moruq;
C - Gavalı;
D - Çiyələk;
A - Alma
1 - Kasa yarpaq, ləçək, erkəkcik, dişicik qalığı;
2 - Sütün boşluğu;
3 - Ürəkcik;
4 - Meyvə yanlığında ötürücü toxumlar;
5 - Toxum kamerası;
6 - Pərdəvari endokarp;
7 - Mezokarp;
8 - Toxum.
B - Moruq
1 - Kasa yarpağı, ləçək;
2 - Erkəkcik;
3 - Dişicik qalığı;
4 - Toxum;
5 - Çiçək yatağının inkişafı.
C - Gavalı
1 - Lətli meyvə yanlığı (mezo və ekzokarp);
2 - Endokarp (çəyirdək);
3 - Toxıım.
D - çiyələk (yığım giləmeyvə)
1 - Quru toxumcuq;
2 - Lətli yataq.
C - Yunan qozu
1 - Meyvənin üst hissəsi (ekzokarp);
2 - Meyvənin orta hissəsi (mezokarp) lət;
3 - Meyvənin daxili hissəsi (endokarp) toxum,
çəyirdək;
4 - Ötürücü toxumalar;
5 - Toxum.