4.3.5. Aqrotexnikasına görə qruplaşdırma
Tərəvəz bitkilərinin aqrotexnikasını asanlaşdırmaq üçün onlar aqrotexniki xüsusiyyətlərinə görə aşağıdakı qruplara ayılır:
Açıq və soyuqdan qorunan sahələrdə tərəvəz bitkilərinin aqrotexnikası bu qruplar üzrə öyrənilir və əkilib becərilir.
4.4. Meyvə tipləri və meyvənin quruluşu
Normal inkişaf etmiş dişi çiçəyin yumurtalıq hüceyrəsi mayalanaraq (bəzən isə bakirə halında mayalanmadan) meyvə əmələ gətirir. Əmələgəlmə xarakterinə və quruluşuna görə aşağıdakı tipdə meyvələr mövcuddur (Cədvəl 4.1).
Həqiqi meyvə dişiciyin yumurtalığından əmələ gələn meyvədir. Çəyirdəkli meyvə bitkilərinin meyvəsi həqiqi meyvədir.
Yalançı meyvə dişicik yumurtalığı və tozcuqla yanaşı meyvənin əmələ gəlməsində çiçəyin digər hissələri (çiçək yatağı, kasa yarpağı, kasacıq) də iştirak edir. Tumlu meyvə bitkilərinin meyvələri yalançı meyvədir.
Quru meyvə - meyvə yanlığı bərkdir. Meyvənin yeyilən hissəsi toxumun ləpəsidir. Qərzəkli meyvə bitkilərinin meyvələri quru meyvədir.
Giləmeyvə - toxumları birbaşa şirəli lət içərisində yerləşən meyvəyə deyilir. Üzüm, çiyələk, moruq, fırəng üzümü, qarağat, xirnik, nar, feyxoa, narıngi, portağal, sitron və d. giləmeyvəli bitkilərdir.
Meyvənin tipi | Meyvə-giləmeyvə bitkiləri |
Həqiqi | gilas, albalı, gavalı, şaftalı, ərik, iydə, çaytikanı, innab, zeytun |
Yalançı | alma, armud, heyva, əzgil, üvəz, yemişan |
Quru | qoz, fındıq, şabalıd, pekan, püstə, badam |
Giləmeyvə | üzüm, çiyələk, moruq, böyürtkən, fırəng üzümü, qarağat, xirnik, nar, feyxoa, limon, narıngi, portağal, sitron |
Yığım | çiyələk, moruq, böyürtkən |
Hamaş | incir, tut |
Partenokarp (bakirə) | naringi, portağal, xirnik, üzüm, incir, tut, armud bitkilərinin bəzi sortları |
Apomiksis | xirnik, naringi, moruq |
Cədvəl 4.1. Meyvə-giləmeyvə bitkilərində meyvələrin tipləri