Nəzəri biliklərin qiymətləndirilməsi
Test 3
Sual 1. Örtülü sahələrdə içərisində torpaq olmadan bitki becərilməsi nə adlanır?
A) Torpaqsız bitki becərilməsi adlanır;
B) Torpaqlı bitki becərilməsi adlanır;
C) Sulu bitki becərilməsi adlanır;
D) Quru bitki becərilməsi adlanır
Sual 2. Standart mineral matın istehsal ölçüləri aşağıda göstərilən variantların hansında düzgün əks olunmuşdur?
A) 750 millimetr uzunluğunda 200 millimetr enində və 75 millimetr qalınlığında;
B) 100 millimetr uzunluğunda 2000 millimetr enində və 75 millimetr qalınlığında;
C) 1000 millimetr uzunluğunda 2000 millimetr enində və 750 millimetr qalınlığında;
D) 1000 millimetr uzunluğunda 200 millimetr enində və 75 millimetr qalınlığında
Sual 3. Standart kokos qabığı qarışıqlı matın istehsal ölçüləri aşağıda göstərilən variantların hansında düzgün əks olunmuşdur?
A) 500 millimetr uzunluğunda 200 millimetr enində və 75 millimetr qalınlığında;
B) 1000 millimetr uzunluğunda 200 millimetr enində və 75 millimetr qalınlığında;
C) 7500 millimetr uzunluğunda 200 millimetr enində və 75 millimetr qalınlığında;
D) 1000 millimetr uzunluğunda 1500 millimetr enində və 75 millimetr qalınlığında
Sual 4. Substrat mühitinin turşuluq səviyyəsi hansı cihazla təyin edilir?
A) Elektron tərəzi ilə;
B) Portativ təzyiq ölçənlə;
C) Portativ pH metrlə;
D) Portativ konduktivitlə
Sual 5. Substrat mühitindən axıdılmış drenaj məhlulunun ilk axarındakı EC səviyyəsi nə qədər olmalıdır?
A) Bir kub santimetr məhlulda 6,0 milli simens olur;
B) Bir kub santimetr məhlulda 0,0 milli simens olur;
C) Bir kub santimetr məhlulda 36,0 milli simens olur;
D) Bir kub santimetr məhlulda 60,0 milli simens olur