Çiyələk əkinlərində istifadə edilən mat substratları istehsalçı göstəricilərinə əməl etməklə istifadə edilərsə, 4-7 il müddətində istifadə edilməsi mümkündür.
Kokos substratlarının daşınması da olduqca asan az zəhmət və xərc təb edən işlərdir. İstehsalçı tərəfindən xüsusi qaydada qablaşdırılmış bir substrat konteynerində 700-800 ədəd mat substratı olur (Şəkil 3.14). Buda daşınma işlərinin asan həyata keçirilməsinə kömək olur.
3.3. Hazır substrat tərkib elementlərinin ilkin sınağının keçirilməsi üçün kiçik həcmli sınaq dibçək əkinləri
Hazır substrat əkinlərində əkin aparmazdan qabaq onun tərkib elementləri barədə məlumatlarla tanış olmaq lazımdır. Bu məlumatları əsasən hazır substrat istehsalçısı alıcıya təqdim etməlidir. İstehsalçı öz istehsal etdiyi məhsulun istehsalında istifadə etdiyi xammalın mənşəyi onun tərkib elementləri və ondan hazırlanmış məhsulun hazırlanması texnologiyası barədə alıcıya məlumat verməlidir. Bununla birlikdə hazırlanmış məhsulun ilkin sınaqlarının nəticəsi və mala verilmiş sertifikatların nüsxələri də təqdim edilməlidir. Bunlardan sonra istehsal olunmuş hazır substratın istifadəsi qaydaları barədə alıcıya məlumat verilməlidir. Bu yuxarıda sadalanan sənədlərə əlavələr edilə bilər. Bütün bu sənədləri alıcı satıcı istehsalçıdan, firmadan tələb etmə hüququna malikdir. İstehsalçı hazırladığı bu sənədlər toplusu dövlət standartlaşmaları və fitosanitariya qurumları ilə razılaşdırılmış, onların dövlət möhürləri ilə təsdiq edilmiş formada alıcıya təqdim etməlidir. Alıcı hazır substrat alandan sonra onun üzərində kiçik həcmli sınaq əkinləri apararaq aldığı substratın tərkib elementlərinin keyfiyyəti barədə məlumat toplamalıdır. Həmin sınaq əkinləri substrat tərkibindən kiçik kəsimlər götürərək kiçik dibçəklərdə istehsalçı göstəricilərinə uyğun olaraq qida maddələri və su verilməsi ilə bitki əkini aparır. Həmin dibçəklərdə bitkinin inkişafını onun substrat mühitinə reaksiyasını gündəlik müşahidə edir. Bununla birlikdə hər gün substrat mühitinin pH və EC səviyyəsi ölçülür. Əgər müşahidələr və ölçmələr istehsalçı göstəricilərini doğruldursa hazır substrat əkinlərində əkin aparılmasına başlanılır. Əks təqdirdə alınmış hazır substratlar istehsalçıya alıcının apardığı sınaqların nəticələrinin bir nüsxəsi ilə geri qaytarılır.