Həm istifadə müddəti ərzində öz strukturunu itirdiyindən daima substrata əlavə torf verilməsi gərək idi.
Kokos substratları torf substratlarına nisbətən öz strukturunu uzun müddət dəyişmədən saxlaya bilir. Bitkilərin kök sisteminin yaxşı inkişaf etdirilməsi üçün tərkibində hava su toplayıb saxlama xassəsinə malikdir. Öz kütləsindən 7 dəfə çox su hopduraraq özündə uzun müddət saxlaya bilir. Kokos substrat tərkibində torf substratlarından fərqli olaraq fitopatogen mikroorqanizmlər (fitopatogen mikroorqanizm - bitki üçün zərərli göbələk və bakteriya kimi canlılar) olmur. Tərkibində kimyəvi qatqılar olmadığından bitkiyə verilən su ilə qarışdırılmış qida maddələrinin tərkibinə təsir etmir. Bir çox bitki qrupları, tərəvəz, giləmeyvə, dekorativ bitkilər becərilməsi üçün əlverişlidir.
Kokos tərkibli substrat hazırlanmasında istifadə olunan əsas xammal Şri-Lankada kokos plantasiyalarında yetişdirilən hindistan cəvizi qabığı və onun lifidir. Hindistan cəvizinin tərkibindəki süd və ləti götürüldükdən sonra qabığı emala verilir (Şəkil 3.8). Qabıq emalı bir çox təsərrüfat, məişət sahələrində istifadə edilən məhsulların hazırlanmasına sərf olunur. Bunlarla birlikdə kokos substratların istehsalında da tətbiq edilir. Kokos istehsalında emal olunmuş qabıqlar bir neçə ölçülərdə üyüdülür. Hər bir üyüdülmüş kütlə fraksiya adlandırılır. Daha iri 1-3 santimetr böyüklüyündəki fraksiyalardaki qabıqlara kokos çisləri deyilir (Şəkil 3.9). Substrat tərkibində onun sabit ölçülərdə qalması üçün və hava axınının təmin edilməsi üçün digər kiçik ölçülü fraksiyanın tərkibi ilə qatılır. Daha kiçik ölçülü tərkibdə olan fraksiya isə kokos torfu adlanır (Şəkil 3.10). Kokos torfu ya ayrılıqda substrat kimi istifadə edilir ya da kokos çipsləri ilə qatılmış şəkildə istifadə olunur. Bu cür qatışıqlardan mat hazır substratları istehsal olunur. Kokos mat substratları tərkibindəki fraksiyaların qarışıqları nisbətinə görə müxtəlif olur. Bu qarışıq nisbəti əsasən istifadəçi sifarişindən asılı olaraq müəyyənləşdirilir. Standart mat hazır substratın tərkibində 50 faiz kiçik hissəcikli fraksiya və 50 faiz kokos çipsləri olur. Tərəvəz əkinləri üçün bu qarışıq 20 faiz kiçik fraksiya və 80 faiz kokos çipsləri fraksiyasından alınmış substratlar daha əlverişli hesab olunur. Bu onun üçün vacibdir ki, bitki altına su tərkibində verilmiş qida maddələri zərərli duzlar şəklində substratda toplanmasın.