Torpaqsız becərmədə isə bunun əksi olaraq:
Bütün bu yuxarıda qeyd olunanlar sayəsində yetişdirilən məhsuldan yüksək rentabelli gəlir əldə olunmasına nail olunur (Şəkil 3.2). Torpaqsız hazır substratlarda bitki becərilməsinin üstünlükləri aşağıda qeyd olunmuş göstəricilərdə əks edilmişdir:
Bitki yetişdirilməsi üçün alınmış hazır substrat istehsalçı tərəfindən sterilizasiya keçmiş olur.
Bəzi mineral substrat qarışıqlarına, əsasən perlit, vermikulit, mineral liflərdən hazırlanmış mineral substratların sterilizasiya edilməsinə ehtiyac olmur.
Hazır substratlar xüsusi konteynerlərdə olub yüngül çəkiləri sayəsində bir yerdən başqa yerə asanlıqla daşına bilir. Bunun üçün ixtisaslaşmış maşın və ya qurğuya ehtiyac yoxdur. Bu cür substratlarda əkin üçün aqrotexnika maşın və traktorların alınması lazım gəlmir.
Hazır substratların, bitki əkinlərindən qabaq tərkibində qida maddələri və rütubət olmur. Bitkiyə verilən qida maddələri və su xüsusi becərmə proqramları ilə bitkiyə verildiyindən, gübrə və su sərfiyyatına çəkilən artıq xərclər aradan qaldırılır.
Torpaqsız becərmənin mənfi xüsusiyyətləri aşağıdakılardır:
Yuxarıda qeyd olunan çatışmazlıqları asanlıqla ardan qaldırmaq mümkündür. Bunun üçün daima substrat tərkibinin pH səviyyəsi ölçülməlidir. Substrat mühitində zərərli duzlar toplanan zaman mühitə neytrallaşdırıcı maddə qarışıqları verilərək substrat təmizlənir. Qida maddələri tarazlığı pozulmasın deyə substrata verilən qida maddələri qarışığını və onların verilmə intensivliyini artırıb-azaltmaqla tarazlıq bərpa edilir. Hazır substrat əkinlərində bitki becərilməsində tətbiq edilən gübrə qarışığını, su normalarını, bitkinin kök ətrafı mühitinin pH və duz səviyyəsini daima nəzarətdə saxlamaqla becərilən bitkidən yüksək və keyfiyyətli məhsul əldə etmək mümkündür.