3. Örtülü sahədə bitkilərin becərilməsi
Örtülü sahədə bitkilərin becərilməsi bir çox ölkələrdə geniş yayılmaqdadır. Bu üsulla becərmədə bir çox kənd təsərrüfatı bitkiləri uğurla yetişdirilərək həm ölkə əhalisinin istifadəsinə həm də başqa ölkələrə ixrac edilərək ölkə iqtisadiyyatına gəlir gətirməkdədir. Elm və texnikanın inkişafı sayəsində bu üsulla məhsul yetişdirilməsi də daha innovativ qaydalarla həyata keçirilir. Belə ki, yeni, müasir əkinçilik üsulları tətbiq edilərək becərilən bitkilərdən il boyu keyfiyyətli və yüksək məhsul götürülməsinə nail olunmuşdur. Əgər əvvəllər tərəvəz bitkilərinin becərilməsi yerli torpaq substratlarında becərilib və həmin becərilmə üsulu ilə ən yaxşı halda 2-4 dəfə məhsul götürülürdüsə indi hazır substrat əkinləri ilə bundan 5-6 dəfə çox məhsul götürülməsi mümkündür. Örtülü sahələrdə içərisində torpaq olmadan bitki becərilməsi, torpaqsız bitki becərilməsi adlanır. Bu cür becərmədə müxtəlif növ üzvi və qeyri-üzvi qarışıqlardan istifadə edilərək hazırlanmış substratlar üzərində bitki becərilir.
3.1. Örtülü sahələrdə torpaqlı və torpaqsız əkin üsulunun müqayisəsi
Örtülü sahə əkinçiliyində ən vacib şərtlər, bitkinin lazımi qədər qida maddələri və rütubətlə təmin olunmasını daha səmərəli müasir üsullarla həyata keçirməkdir (Şəkil 3.1). Bu isə bitkiyə verilən su tərkibinə qatılmış gübrə qarışıqları vasitəsi ilə təmin olunur. Örtülü sahədə verilən gübrə qarışıqları suyun tərkibində bitki altına avtomatik müəyyən ardıcıllıqla verilir. Hazır substrat əkinlərində toxum kubları və mat substratlarına bu qaydada qida maddələrinin verilməsi torpaq əkinçiliyinə nisbətən bitki üçün daha səmərəli olması müəyyən edilmişdir.
Örtülü sahədə torpaq üzərində əkinin mənfi xüsusiyyətləri aşağıdakılardır: