Çox gəlirli sahə kimi bir çox özəl fermer təsərrüfatları bu növ bitki yetişdirilməsi ilə geniş məşğul olmaqdadırlar. Örtülü sahə becərmə şəraitində dekorativ bitki yetişdirilməsi də geniş yayılmışdır. Örtülü sahə əkinçiliyində son zamanlar istifadə olunan hazır substrat əkinlərində çiyələk, pomidor, badımcan, bibər, xiyar, lobya və s. bitkiləri yetişdirilməsi üçün əlverişlidir. Müxtəlif dekorativ bitki yetişdirilməsində də hazır substrata əkin aparılır. Bu metodla becərmədə bitki növü hazır substrat üçün seçilir. Hazır substrat qarışıqları müxtəlif tərkibli və aqrokimyəvi xassəli olur.
Buna görə də hazır substrat əkinləri aparılmazdan qabaq mütləq substrat istehsalçısının həmin substrat haqqında olan qeydləri ilə tanış olmaq lazımdır. Bu qeydlər əsasında da əkiləcək bitkiyə veriləcək qida maddələri tərkibi və su norması müəyyənləşdirilir. Məsələn, torf mat üzərində əkin aparan zaman verilən gübrə norması mineral mat üzərində əkilən bitki üçün gübrə normasından tam fərqlənir. Bu gübrə norması və gübrənin verilməsi ardıcıllığı substrat istehsalçısı tərəfindən qoyulmuş normalara görə tənzimlənir. Bu həm də becəriləcək bitki qruplarına görə də təyin edilir. Məsələn, göbələk əkinlərində tətbiq edilən hazır substratlar tərəvəz bitki qrupları becərilməsi üçün səmərəsizdir. Çünki bu substratların hazırlanmasında istifadə olunan komponentin tərkibində torf qarışığının norması yüksək olur. Bu torf qarışığı torf yataqlarından çıxarılıb yalnız göbələk becərilməsi üçün komplektləşdirilir. Bu cür hazır substrat başqa bitki becərilməsində tətbiq edilməsi üçün əlavə emal olunmalıdır. Bu isə təsərrüfat üçün əlavə xərc və vaxt sərfi baxımından əlverişsizdir.
Örtülü sahədə becərilən meyvə tərəvəz və dekorativ bitki qrupları
Tərəvəz və giləmeyvə bitkiləri, yeyilən hissələrinə, yəni təsərrüfat nişanələrinə görə aşağıdakı qruplara bölünür: