Toxum tabletləri və mineral toxum substratları - bunlar toxum cücərdilməsi üçün istifadə olunan hazır substratlardır (Şəkil 2.22 və Şəkil 2.23). Toxum tabletləri torf hindistan cəvizi qabığının üyüdülmüş qabığı və üzvi gübrələrlə zənginləşdirilmiş preslənmiş qidalı substratlardır (Şəkil 2.22). Tabletlər ya toxum kasetlərində, ya da toxum dibçəklərində toxum cücərdilməsi və şitil yetişdirilməsi üçün nəzərdə tutulmuşdur. Müxtəlif ölçülərdə, 24 millimetr böyüklüyündən 50 millimetr böyüklüyünə qədər disk formasında istehsal olunur. Quru şəkildə 41 millimetrdən 80 millimetr qalınlığında olur. Toxum əkini qabağı suvarıldıqda 5 dəfə həcmi böyüyür. Toxum tabletin mərkəzində toxum yuvacığına əkilir.
Mineral toxum substratı isə konus formalı 22 millimetr enində və 28 millimetr uzunluğunda istehsal olunur (Şəkil 2.23). Əsasən, dağ minerallarının (bazalt, profirit, diabaz, dolmit kimi dağ minerallarının) yüksək temperaturda əridilməsindən alınan liflərdən ibarət olur. Tam sterildir. Bitki üçün qidalandırıcı effektə malik deyil. Lakin məsaməlilik xüsusiyyətinə görə toxumdan əmələ gələn bitki kökü yaxşı inkişaf edir. Cücərti əmələ gəldikdən sonra ilk yerüstü orqanların yaxşı formalaşması üçün gübrə qarışıqları damcı üsulu ilə bitki altına verilir. Suvarıldıqda formasını dəyişmir. Toxum konusun mərkəzindəki toxum yuvacığına əkilir.
Mineral şitil kubları - dağ minerallarının (bazalt, profirit, diabaz, dolmit kimi dağ minerallarının) yüksək temperaturda əridilməsindən alınan liflərdən hazırlanır (Şəkil 2.24). Eni və uzunu 75 santimetr, hündürlüyü 65 santimetr olan mineral toxum kubları bitki üçün qida əhəmiyyəti daşımır. Bioetilen örtüklü üst tərəfdən toxum konusu və ya tableti üçün yuvacığı vardır. Toxumdan yetişdirilmiş şitil, kuba yerləşdirildikdən sonra damcı suvarma üsulu ilə gübrə və su qarışığı kubdakı şitil altına verilir. Şitilin kök sistemi gübrələrin təsirindən güclü inkişaf edib böyüdükdən sonra kubla birlikdə mat üzərinə yerləşdirilir (Şəkil 2.25).