İstixanalar müxtəlif ölçülü və müxtəlif istifadəli olur. Onlar təyinatına görə (tərəvəz, şitil-tərəvəz və gül becərmək üçün), ölçülərinə görə (kiçik həcmli - 500 kvadrat metrə qədər, orta 1000 kvadrat metr və iri 600 min kvadrat metrə qədər), konstruksiya quruluşuna görə (birmeyilli, ikimeyilli, azqabaritli, tağlı, anbar və blok tipli), istifadə müddətinə görə (qış və yaz dövrlü), becərmə üsuluna görə (torpaq və hidropon üsullu), daxili quruluşuna görə (torpaq əsaslı və tərəcli) olur. Qızdırılması bioyanacaq, texniki üsullarla (təbii qazın yandırılması, elektrik qızdırıcıları) və günəş enerjisi ilə həyata keçirilir.
2.1. Tətbiq imkanlarına görə substrat qarışıqlarının müəyyənləşdirilməsi
Örtülü sahə qurğularında açıq sahədən fərqli olaraq bitkilər xüsusi hazırlanmış süni qidalı torpaq qarışığında substratlar da becərilir (Cədvəl 2.1). Həmin substratlar yerli ehtiyatlardan asılı olaraq müxtəlif tərkiblərdə hazırlanır. İstifadələrinə görə substratları iki qrupa bölürlər:
Tipi | Qidalı torpaq qarışığının tərkibi | Komponentlərin həcmi, faiz | 1 ha - sahəyə sərfi, ton |
Üzvi maddəli | Torf+ | 60 | 600 |
Ağac emalı tullantıları+ | 20 | 150 | |
Peyin çürüntüsü | 20 | 600 | |
Üzvi-mineral tərkibli | Torf+ | 50 | 500 |
Torpağın üst mühit qatı | 30 | 700 | |
Qarışıq peyin çürüntüsü | 20 | 500 | |
Peyin kompostu | 20 | 500 | |
Torf | 30 | 300 | |
Çəmən torpağı | 30 | 700 | |
Ağac kəpəyi | 20 | 150 | |
Ağac qabığı qırıntıları | 50 | 600 | |
Peyin qarışığının çürüntüsü | 20 | 480 | |
Çəmən torpağı | 30 | 700 | |
Mineral tərkibli | Yüngül çəmən torpağı | 30 | 900 |
Yerli yumşaldıcı materiallar (saman, kəpək) | 35 | 420 | |
Peyin qarışığının çürüntüsü | 35 | 780 | |
Çəmən torpağı | 50 | 1200 | |
Peyin qarışığının çürüntüsü | 20 | 500 | |
Yerli yumşaldıcı materiallar | 30 | 360 |
Cədvəl 2.1. Örtülü sahə qurğularında istifadə olunan substrat komponentləri