Nəzəri biliklərin qiymətləndirilməsi
Test 1
Sual 1. Ümumilikdə, torpaqsız əkin üsulu neçə tipdə tətbiq olunmaqdadır?
A) 1;
B) 2;
C) 3;
D) 4.
Sual 2. Bitkilərin kök sisteminə hava qarışığı ilə qida maddələrinin çilənməsi hansı əkin üsuludur?
A) Su (məhlul hidroponik) kultura üsulu;
B) Qatı mühitli (Substrat aqreqat) kultura üsulu;
C) Bitkilərin substrat daxili yemlənməsi üsulu;
D) Kökdən kənar yemləmə üsulu.
Sual 3. Aşağıda qeyd olunanlardan hansılardan substrat hazırlanmasında istifadə edilmir?
A) Çay qumu;
B) Dəniz qumu;
C) Emal olunmuş steril ağ rəng çalarına malik çay qumu;
D) Aqroperlit
Sual 4. Çay qumunu və çınqılın sterilləşdirilməsi üçün hansı maddələrdən istifadə edilir?
A) Axar su, +100 °C temperaturda su, kalium permanqanat;
B) Dəniz suyu, +100 °C temperaturda su, kalium permanqanat;
C) Drenaj suları, +100 °C temperaturda su, kalium permanqanat;
D) Axar su, 0 °C temperaturda su, kalium permanqanat
Sual 5. Perlit .......................... mənşəlidir. Nöqtələrin yerinə perlitin mənşəyini qeyd edin.
A) Kimya zavodlarının istehsalı;
B) Vulkanik süxur;
C) Dəniz;
D) Bataqlıq
Sual 6. Substrat salınmasında hansı ölçüdə olan Vermikulit komponenti dənələrindən istifadə edilir?
A) 1-3 mikrometr;
B) 1-3 santimetr;
C) 1-3 metr;
D) 1-3 millimetr.