1.5.5. Kokopit
Kokopit və ya hind qozu lifi təbii mənşəli substrat komponentlərindən biridir (Şəkil 1.22). Kimyəvi preparatsız steril hind qozu ağac və qabıq liflərindən alınır. Substrata verildikdə substratın əhəmiyyətli mikrobioloji mühitinə müsbət reaksiya göstərir. Öz kütləsindən 8-10 dəfə çox su hopdurmaq xüsusiyyətinə malikdir. Su ilə birlikdə suda həll olmuş substrat bitkiləri üçün əlverişli olan qida maddələrini saxlayaraq axıb drenajla çıxmasının qarşısını alır. Öz keyfiyyətini ən azı 5 il saxlayır. Kokopit bir neçə formada preslənmiş kərpic, rombşəkilli və ya üyüdülmüş germetik polietilen paketlərdə olur.
1.6. Substrat aqreqatların növləri
Yuxarıda qeyd edilən komponentlərin hamısı müxtəlif növ substrat hazırlanmasında əsas elementlər olaraq dünya təcrübəsində istifadə olunmaqdadır (Şəkil 1.23). Həmin substratlar iki qrupa bölünür:
qabiliyyətinə malik olmalıdır. Bu cür torpaqlarda, bitkinin vegetasiya müddətində substrat öz strukturunu qorumalı və tərkibi dəyişməməlidir. Tərkibində toplanan qida maddələri bitki tərəfindən mənimsənilən olmalı, xəstəlik və zərərvericilərdən təcrid olunmalıdır. Fiziki xassələrinə görə həmin torpaqların tərkibindəki əsas komponentlərin nisbəti 1:1:1 olmalıdır. Üzvi maddələrlə təmin olunma dərəcəsinə görə belə torpaqları 3 qrupa bölürlər: zəif təmin olunmuş (30 faizə qədər), orta təmin olunmuş (30-60 faiz) və yüksək təmin olunmuş (60 faizdən çox). Buna müvafiq olaraq substrat torpaqları sıxlıq göstəricilərinə görə 3 qrupa bölürlər: 0,5 q/sm3 (seyrək), 0,5-0,7 q/sm3 (orta) və 0,7-1,0 q/sm3 (sıx).