1.3.9. Sepiolit
Təbiətdə birləşmələr və sərbəst şəkildə maqnezium silikat tərkibli mineral olub substrat salınmasında istifadə olunur (Şəkil 1.11). Sepiolit dənələrinin məsaməlilik xüsusiyyətinə görə hava boşluqlarında hava və rütubəti saxlayır və bu da substrat bitkilərinin kökləri üçün vacib şərtlərdən biridir. Steril şəkildə istifadə edilir.
1.4. Substrat istehsalında istifadə olunan sintetik kimyəvi üsullarla alınmış komponentlər
Substrat istehsalında həmdə kimyəvi üsullarla alınmış komponentlərdən də istifadə olunur. Kimyəvi üsullarla alınmış substrat komponentləri su torf və ya kompostlu torpaq qarışığı ilə qarışdırılıb bitki əkinlərində tətbiq edilir. Kimyəvi üsullarla alınmış substrat qarışıqların hava keçiriciliyi yüksək olur. Belə substratlarda bitkinin kök sistemi su ilə yaxşı təmin olunmuş olur. Kimyəvi üsullarla alınmış substrat komponentləri öz fiziki kimyəvi xassəsini dəyişmədən daha uzun müddət tətbiq edilə bilər.
1.4.1. Poliuritan
Substrat salınmasında kimyəvi üsulla əldə edilmiş komponentlərdən ən geniş yayılanı poliuritan və ya plastik köpük adlanan kimyəvi birləşmədir (Şəkil 1.12). Məsaməli və yüngül olması rütubəti və hava keçiriciliyinə görə substrat hazırlanmasında istifadə olunur. Bir çox hallarda substrat tərkib elementlərindən ibarət qarışıqları xüsusi qaydada hazırlanmış poliuritan dibçəklərə əlavə edilir, bitkilər də həmin dibçəklərə əkilir.
1.4.2. Polistiren
Polistirol sintetik kimyəvi birləşməsi olub neft məhsullarından alınır (Şəkil 1.13). Zəif su saxlamaq qabiliyyətinə malikdir. Substrat əkinlərində tətbiq edilən kimyəvi preparatlara qarşı davamlı amorf polimerdir. Asan mexaniki emal olunur. Substrat komponentləri üçün döşəmə kimi geniş istifadə olunmaqdadır. Eyni zamanda dibçək hazırlanmasında tətbiq edilir.