Sual 6. Bağ sahələrində suvarma üsulları nədən asılı olaraq tətbiq edilir?
A)
Bitkilərin kökündən;
B)
Bitkilərin xəstəliklə sirayətlənməsindən;
C)
Ağacların gövdəsinin gəmiricilər tərəfindən zədələnməsindən;
D)
Ekoloji şəraitdən, su ehtiyatından, illik yağıntıların paylanmasından
Sual 7. Ağaclara mikro gübrələrin verilməsinin ən əlverişli yolu hansıdır?
A)
Kök altına verilməklə;
B)
Kökdənkənar, yarpaqlar üzərinə çiləməklə;
C)
Budaqlara inyeksiya ilə;
D)
Həşəratlara çiləməklə
Sual 8. Bağda alaq otlarına qarşı mexaniki üsuldan başqa, hansı üsulla mübarizə aparılır?
A)
Ağacların gövdəsinə polietilen örtük çəkilir;
B)
Ağac yarpaqlarına mikro gübrə çilənir;
C)
Herbisidlər çilənir;
D)
Ağaclar budanır
Sual 9. Ağacları zərərvericilərdən mühafizə etmək üçün hansı tədbir həyata keçirilir?
A)
Ağaclar vaxtaşırı dərmanlanır;
B)
Ağaclara herbisidlər çilənir;
C)
Ağaclar polietilen örtüklə örtülür;
D)
Ağaclar budanır
Sual 10. Ağacların gövdəsini gəmiricilərdən mühafizə etmək üçün hansı tədbirlər həyata keçirilir?
A)
Ağaclar vaxtaşırı dərmanlanır;
B)
Ağaclara herbisidlər çilənir;
C)
Ağaclar polietilen örtüklə örtülür;
D)
Ağacların gövdəsinə metal tor örtülür