-
Bağ sahəsində torpağı gözdən keçirərək
lazım olan işlər barədə təqdimat
hazırlayın
|
-
İş paltarınızı geyinin.
-
Özünüzlə dəftər, qələm və bel götürün.
-
Torpaqda bir neçə yerdən qazaraq torpaq
nümunələri götürün.
-
Götürdüyünüz torpaq nümunələrini hamar
səthli taxta üzərində yayaraq torpaqda olan
canlı bitki kökləri və həşəratların olmasını
gözdən keçirin.
-
Buna əsasən dəftərinizə müvafiq qeydlər edin.
|
-
Bağ ətrafında çəpərin yaradılması
barədə və bu çəpərləmələrin
əhəmiyyəti barədə təqdimat hazırlayın
|
-
İş paltarınızı geyinin. Bağətrafı çəpərlərin
tikanlı olmasını unutmayın. Bunun üçün əlcək
geyinin.
- Bağ ətrafında salınmış çəpərin tamlığını
yoxlayın.
- Hətta kiçik bir keçid heyvanların bağa daxil
olmasına kifayət edir.
-
Lazım gələrsə, tikanlı kollarla həmin keçidləri
bağlayın.
-
Alternativ çəpərləmələrin tətbiqini müəyyən
etmək üçün çəpərləmə üsullarını araşdırın.
|
-
Bağ sahəsində yollar haqqında təqdimat
hazırlayın
|
- Bağ sahəsindəki yolların əhəmiyyəti barəsində
öz fikirlərinizi dəftərinizə qeyd edin.
- Yolların istifadəsinə əsasən qruplaşdırılmasını
əyani olaraq bağ sahəsində müşahidə edin.
-
Yollarda hərəkəti çətinləşdirəcək maneələri
aradan qaldırmaq üçün tövsiyələr hazırlayıb
təsərrüfatın aqronomu ilə həmin tövsiyələri
müzakirə edin.
|
-
Lazımi gübrələrin verilməsi barədə
qeydlər aparmaq üçün təsərrüfatın
aqronomu ilə məsləhətləşin
|
-
Təsərrüfatın aqronomundan ağaclara gübrə
verilməsi iş prosesində iştirak etməyinizə
icazə verməsini xahiş edin.
-
Gübrə verilməsi işində hansı üsulla gübrə
veriləcəyini öyrənin.
-
Gübrə verilməsində təhlükəsizlik qaydalarına
riayət edin.
|