Nəzəri biliklərin qiymətləndirilməsi
Test 7
Sual 1. Ağacların budanmasında əsas məqsədlər aşağıda qeyd olunmuş variantlardan hansıdır? Onları qeyd edin.
A) Məhsuldarlığın artırılması, günəş işığından maksimum istifadəni təmin etmək və bitkiyə
mühitə uyğun forma verməkdən;
B) Məhsuldarlığın azalması, günəş işığından maksimum istifadəni azaltmaq və bitkiyə mühitə
uyğun forma verməkdən;
C) Məhsuldarlığın artırılması, günəş işığından maksimum istifadəni təmin etmək və bitkiyə
gübrə verməkdən;
D) Məhsuldarlığın artırılması, günəş işığından maksimum istifadəni azaltmaq və bitkiyə mühitə
uyğun su verməkdən.
Sual 2. Düzgün aparılmayan budama işi nəyinki............................................................................ .......................................itirilməsinə səbəb ola bilər. Nöqtələrin yerinə müvafiq variantı qeyd edin.
A) Gübrələrin, hətta suyun;
B) Məhsulun, hətta bağın;
C) Məhsulun, hətta havanın;
D) Qazların, hətta bağın
Sual 3. Kütləvi tumurcuqların oyanması və zəif zoğ əmələgətirmə qabiliyyəti olan sortlar təbii olaraq boylarını necə tənzimləyə bilir?
A) Dirəklərlə öz boylarını itirərək;
B) Dirəklərlə öz boylarını tənzimləyərək;
C) Özləri öz boylarını tənzimləyərək;
D) İnsanlarla öz boylarını tənzimləyərək
Sual 4. Cavan budaqlar və zoğlar budanmaq məqsədi ilə hansı alətlərlə kəsilir?
A) Lazer mişarı və ya burğusu;
B) Elektrik mişarı və ya bıçağı;
C) Mətbəx qayçısı və ya bıçağı;
D) Bağ qayçısı və ya bağ bıçağı
Sual 5. Sağlamlaşdırıcı budama, əsasən, ağac tam məhsul verməyə başladıqdan sonra aparılır.
A) Əsasən, ağac tam məhsul verməyə başladıqdan sonra;
B) Əsasən, ağac tam məhsul verməyi başa vurduqdan sonra;
C) Əsasən, ağac tam quruduqdan sonra;
D) Əsasən, ağac cücərəndən sonra