Bu zaman yerüstü orqanların inkişafı dayanır. Bitki yeraltı soğanağının inkişafını gücləndirir. Bu cür soğan istehsalı bir o qədər əlverişli hesab olunmadığından az tətbiq edilir. Əzilmiş bitki yarpaqları bir çox halda soğanaqda xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Bu da məhsulun keyfiyyətinin aşağı olmasına səbəb olur. Ona görə də soğan yetişdirilməsində aqrotexniki qaydalara uyğun olaraq suvarma tədbirləri həyata keçirilərsə, soğanın yerüstü orqanlarının əzilməsinə ehtiyac olmur.
Sərbəst iş üçün tapşırıqlar