Bu üsulun bugünkü təsərrüfatçılar üçün daha əlverişli hesab olunması bu metodun daha geniş sahələrdə istifadəsinə zəmin yaradır. Ümumilikdə, torpaqsız əkin üsulu iki tipdə tətbiq olunmaqdadır. Bunlardan birincisi su (qida maddələrindən hazırlanmış məhlul) kultura, ikincisi isə qatı mühit (substrat aqreqat) kulturasıdır. Birinci üsulda bitkilərə suda həll olunmuş qida maddələrinin bitkinin kök sisteminə hava qarışığı ilə çilənməsi üsuludur. İkinci üsulda isə bitki hazır qidalı mühitə yerləşdirilir və bütün vegetasiya dövrü ərzində həmin substrat aqreqatında inkişafını davam etdirir.
1.3. Mineral əlavələr və qarışıqların xüsusiyyətləri
Hər bir substrat əkiləcək bitki üçün qabaqcadan hazırlanır. Bunun üçün əkiləcək bitkinin yetişdirilməsi üçün lazım olan tərkibə malik substrat seçilməli, onun tərkib elementləri müəyyənləşdirilməlidir (Sxem 1.2):
Sxem 1.2. Qatı substrat aqreqat kulturanın tərkib elementləri