Nəzəri biliklərin qiymətləndirilməsi
Test 6
Sual 1. Meyvə bağlarında bitkilərin vegetativ və generativ çoxaldılmasında .............................................. hesab olunur. Nöqtələrin yerinə uyğun gələn müvafiq variantı qeyd edin.
A) Başlanğıc bitki materialı ana bitki;
B) Başlanğıc bitki materialı çiçək;
C) Başlanğıc bitki materialı calaq;
D) Başlanğıc bitki materialı dən
Sual 2. Ana bağlarda becərilən bitkilər neçə istiqamətdə bikti çoxaldılması ilə ixtisaslaşmış olur?
A) Beş istiqamətdə;
B) İki istiqamətdə;
C) Üç istiqamətdə;
D) Bir istiqamətdə
Sual 3. Toxumluq ana bağ olmayan şəraitdə toxumu hardan tədarük edirlər?
A) Kənd təsərrüfatı bazarından;
B) Yarmarkadan;
C) Meşələrdə bitən yabanı bitkilərdən;
D) Tarladan
Sual 4. Qələmlik ana meyvə bağı aşağıda göstərilən variantlardan biridir. Uyğun variantı qeyd edin.
A) Müxtəlif meyvə bitkilərinin rayonlaşdırılmış sortlarından yaradılmış meyvə bağları sahəsidir;
B) Müxtəlif meyvə bitkilərinin cır sortlarından yaradılmış xüsusi elit əkililər sahəsidir;
C) Müxtəlif meyvə bitkilərinin rayonlaşdırılmamış sortlarından yaradılmış əkililər sahəsidir;
D) Müxtəlif meyvə bitkilərinin rayonlaşdırılmış sortlarından yaradılmış xüsusi elit əkililər
sahəsidir.
Sual 5. Zoğ tədarükünə ehtiyac olmadıqda, ......................................................................................................... .................................................................................................................................. qədər kəsilməlidir. Nöqtələrin yerinə uyğun gələn müvafiq variantı qeyd edin.
A) Bütün zoğlar, çiçəkləmənin qarşısının alınması məqsədilə 4-5 tumurcuğa;
B) Bütün budaqlar, qurumanın qarşısının alınması məqsədilə 4-5 tumurcuğa;
C) Bütün ağaclar, çiçəkləmənin qarşısının alınması məqsədilə 4-5 tumurcuğa;
D) Bütün çiçəklər, çiçəkləmənin qarşısının alınması məqsədilə 4-5 tumurcuğa