Ana bağların su ilə təmin olunması nə normadan artıq, nə də əksik olmalıdır. Suyun artıq verilməsi bitkinin kök sistemində müxtəlif göbələk, virus xəstəliklərinin artması nəticəsində ağac zəif inkişaf edir. Bu cür ana meyvə ağaclarından çilik tədarükü əlverişsiz hesab olunur. Suyun az olmasından isə bitkidə maddələr mübadiləsi pozulur, bu da yeni zoğların, budaqların əmələ gəlməsinin ləngiməsinə səbəb olur. Belə ağaclardan qələm və çilik tədarükü məsləhət deyil. Bu bitkidən götürülən calaq materialı əlverişli olmur.
Bunu nəzərə alaraq meyvə bitkiləri vegetasiya dövründə, xüsusilə də yarpaqların tam formalaşdığı, meyvələrin böyüməsi və formalaşdığı, həmçinin çiçək tumurcuqlarının əsasının qoyulduğu fazalarda su ilə təmin olunmalıdır. Suvarmada başlıca məqsəd, meyvə bitkiləri üçün torpaqda optimal rütubətlənmə rejimini qoruyub saxlamaqdır. Ana bağların suvarılması bitki əkilən torpağın mexaniki tərkibi, ağacların yaşı, cərgəaralarının saxlanması sistemi təsir göstərir.
Ağır mexaniki tərkibə malik torpaqlarda, ana bağlarda ağaclar böyük normalarla gec-gec, yüngül torpaqlarda becərilən ana ağaclar isə az normalarla tez-tez suvarılır.
Sərbəst iş üçün tapşırıqlar