Sual 6. Qış calağının keyfiyyəti hər şeydən əvvəl ............................................... asılıdır. Nöqtələrin yerinə müvafiq variantı qeyd edin.
A)
Calaqaltının keyfiyyətindən;
B)
Calaqaltının böyüklüyündən;
C)
Calaqaltının kəsimindən;
D)
Calaqaltıdan asılı deyil
Sual 7. Calaq və ya peyvənd işlərində calaq və peyvənd olunmuş nahiyələri nə ilə örtürlər?
A)
Kağızla örtürlər;
B)
Örtülmür;
C)
Yapışqan lent sarınır;
D)
Məftil sarınır
Sual 8. Calaqüstülərin nəm saxlanması üçün onun üzərinə hansı maddələr çəkilir?
A)
Aseton;
B)
Benzin;
C)
Parafin;
D)
Sintetik boya
Sual 9. Calaq altı sortları saxlanan zirzəmilərdə onların bir-birinə qarışmamaları üçün hansı tədbirlər görülməlidir?
A)
Onları günəş altında qurutmaq, vaxtaşırı sulamaq;
B)
Onları bir neçə yerə yığmaq, üzərlərinə sintetik boya çəkmək;
C)
Onları vaxtaşırı qarışdırmaq, havalandırmaq;
D)
Onları 50-100 ədədlik dəstələrə toplayıb bağlamaq, dəstələrin üzərinə etiketlər vurmaq
Sual 10. Calaqüstü ağacın hansı budaqlarından tədarük edilir?
A)
Daha sağlam, qırışıqsız, daha çox açıqlıqda qalan;
B)
Daha çox ağacın sıx yetişmiş çətiri arasından;
C)
Odunlaşmış qurumağa doğru olan budaqlardan;
D)
Qurumuş ağac budaqlarından