1. Substrat sistemlər, onların növləri və tərkibi
1.1. Açıq və örtülü əkin üsulu
Son zamanlar respublika əhalisinin istixanalarda yetişdirilən kənd təsərrüfatı məhsullarına tələbatı artmaqda davam edir. Belə ki, əvvəllər ənənəvi olaraq bir çox tərəvəz məhsulları açıq şəraitdə istehsal edildiyi üçün yerli istehlakçılar həmin məhsulları yalnız mövsümdən-mövsümə istehlak edə bilirdilər (Şəkil 1.1). Lakin son zamanlar tərəvəz məhsullarının istixanalarda yetişdirilməsi onlardan il boyu istifadəni mümkün edir. Əvvəllər bu işlə məşğul olan kəndlilərin, fermerlərin sayı və istehsal etdikləri məhsul çox az olduğu üçün bazarlarda bu məhsulların satış qiyməti yüksək idi.
Son dövrlərdə ölkəyə gətirilən müasir tipli açıq və örtülü sahələrdə bitki əkinləri fermerlərə məhsul istehsalını 5-6 dəfə artırmağa imkan verir. Buda meyvə tərəvəz istehsalında həm sağlam rəqabətin yaranmasına, həmdə əhalinin keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradacaq (Şəkil 1.2).
Son zamanlar yeni becərmə texnologiyası olan torpaqsız əkin metodu çox geniş yayılmaqdadır. Bu texnologiya ilə əkin hazır substratlarda aparılır. Torpaq əkin üsulundan fərqli olaraq bunun aşağıdakı üstünlükləri vardır.
1.2. Substrat əkininin əsas üstünlükləri