Nəzəri biliklərin qiymətləndirilməsi
Test 5
Sual 1. Vegetatıv bitki çoxaldılmasında hansı bitki orqanları tətbiq edilir.
A) Kök, gövdə, yarpaq;
B) Kök, çiçək, meyvə;
C) Kök tumurcuq çiçək;
D) Tumurcuq, toxum, çiçək
Sual 2. Aşağıdakılardan hansında vegetativ bitki çoxaltma üsulları düzgün qeyd olunmuşdur?
A) | Toxumla çoxaltma, calaqla çoxaltma, göz calağı, adı basma, uc tumurcuqla çoxaltma, ilanvari çoxaltma; |
B) | Havada basma, adı basma, uc tumurcuqla çoxaltma, ilanvari çoxaltma, üfüqi basma, şaquli basma; |
C) | Calaqla çoxaltma, göz calağı, adı basma, uc tumurcuqla çoxaltma, ilanvari çoxaltma, çiçəklə çoxaltma; |
D) | İlanvari çoxaltma, çiçəklə çoxaltma, uc tumurcuqla çoxaltma, ilanvari çoxaltma, üfüqi basma, şaquli basma; |
Sual 3. Yaxşılaşdırılmış (dıllı, ingilis) calaq üsulunda ......................................................................................... alınır.
Nöqtələrin yerinə müvafiq variantı qeyd edin.
A) Calaqaltı və calaqüstüdə düz kəsim;
B) Calaqaltı və calaqüstüdə dil kəsim;
C) Calaqaltı və calaqüstüdə kəsimsiz;
D) Calaqaltı və calaqüstüdə çəp kəsim
Sual 4. Qondarma calaq üsulu hansı halda tətbiq edilir?
A) Calaqaltı calaqüstüdən nazik olduqda aparılır;
B) Calaqaltı calaqüstüdən yastı olduqda aparılır;
C) Calaqaltı calaqüstüdən yoğun olduqda aparılır;
D) Calaqaltı calaqüstüdən qısa olduqda aparılır
Sual 5. Mahir calaqçı iş günündə neçə ədəd qələm calağı vura bilir?
A) 500-600 ədəd;
B) 10-20 ədəd;
C) 1-2 ədəd;
D) 1000-2000 ədəd