Qələm calağı vurulma vaxtına görə iki tipdə olur:
Şirə hərəkəti başlayana qədər tətbiq edilən calaq üsulları: yarma, yandan, qondarma, sadə və yaxşılaşdırılmış və s.
Şirə hərəkəti başladıqdan sonra isə qabığın ayrılması tələb olunan calaq üsulları: qabıqaltı, körpü calaqları tətbiq edilir.
Qələm calağı vurulduqdan sonra calaq komponentləri bir-birinə sarınır. Sarğı materialı olaraq cökə lifindən, qalınlığı 1-1,5 millimetr olan kağız ipdən və qalınlığı 120 mikrometr olan polietilen pərdədən istifadə edilir. Calaq yeri sarındıqdan sonra buxarlanmanın qarşısını almaq məqsədilə açıqda qalan hissələrə bağ məlhəmi sürtülür.
5.2.6. Qələm calağı üsulları və onların tətbiqi
Qələm calağı bağçılıqda qədimdən tətbiq olunan cərrahi əməliyyatdır. Onun əsas xüsusiyyətləri aşağıdakılardır:
Bağçılıqda meyvə bitkilərinin çoxaldılmasında göz calağı daha geniş tətbiq edilir. Meyvə tinglərinə artmaqda olan tələbi ödəmək üçün istixanalarda qış calağı da aparılır. Bu məqsədlə qələm calağının müxtəlif növlərini tətbiq edirlər.