Sual 7. Unluca, şoranca, yovşanyarpaq ambroziya, tikanlı quşüzümü hansı qrup alaqlara
aiddir?
A) Gecyetişən yazlıq alaqlar;
B) İkiillik alaqlar;
C) Çoxillik alaqlar;
D) Kökümsov-gövdəli çoxillik alaqlar.
Sual 8. Soğanaqlı və köküyumrulu alaqlara hansılar aiddir?
A) Yumrulu salaməleyküm, tülküquyruq sofora, şişyarpaq ayrıq;
B) Şüvərən, quştərəsi və quşəppəyi, çobanyastığı;
C) Unluca, şoranca, yovşanyarpaq ambroziya, tikanlı quşüzümü;
D) Sürünən ayrıqotu, sarımsaq, ayısoğanı.
Sual 9. Parazit bitkilər nə üçün başqa bitkilərin hesabına yaşayır?
A) Hündürboylu olduğu üçün;
B) Kökü və yarpağı olmadığı üçün;
C) Gübrə az verildiyi üçün;
D) Sudan çox istifadə etdiyi üçün.
Sual 10. Bu bölmədə alaqlara qarşı neçə mübarizə tədbiri haqqında məlumat verilib?
A) 2;
B) 5;
C) 1;
D) 3.
Sual 11. Açıq sual: Herbisid sözünün mənası nə deməkdir?
Sual 12. Ümumi məhvedici herbisidlər dedikdə nə başa düşülür?
A) Ancaq birillik alaqları məhv edir;
B) Yalnız alaqları məhv edir;
C) Sahəyə vurulan zaman sahədə olan bütün bitkiləri məhv edir;
D) Alaqların ancaq yarpağını məhv edir.
Sual 13. Herbisidlərdən istifadənin ən çox yayılmış üsulu hansıdır?
A) Toz şəklində;
B) Suvarma suyu ilə bitkinin kökünə vermək;
C) Maye halında çiləmə;
D) Dənəvər formada vermək.
Sual 14. Açıq sual: Əkin sahəsinin alaqlı olmasını müəyyənləşdirməyin sadə və asan üsulu
necədir?