3.5.2. Alaqlara qarşı aqrotexniki mübarizə tədbirləri
Kimyəvi mübarizə üsulundan fərqli olaraq alaqlara qarşı aqrotexniki mübarizə tədbirləri aparmaq üçün
aşağıda qeyd olunan məsələləri düzgün yerinə yetirmək lazımdır:
• Növbəli əkin dövriyyəsinə əməl etmək;
• Sertifikatlı toxumlardan istifadə etmək;
• Səpinin vaxtında aparılması;
• Səpinin normasına düzgün əməl olunması;
• Səpinin keyfiyyətli toxumla aparılması;
• Dərin şum, kultivasiya, malalama tədbirlərinin vaxtında və keyfiyyətlə aparılması;
• Sahə ətrafında olan alaq otlarının təmizlənməsi.
Aqrotexniki tədbirlər aparılan zaman alaqları məhv etməyə dair görüləcək işləri nəzərdə tutmaq üçün
tarlaların çox, yaxud az alaqlanmasını və yayılmış alaqların növlərini bilmək lazımdır. Əkinlərin
alaqlanmasını hesaba almağın ən sadə və asan üsulu onun gözəyarı qiymətləndirilməsidir.
|
Sərbəst iş üçün tapşırıqlar
|
- Sizin ərazidə fəaliyyət göstərən fermer təsərrüfatlarına səfər edərək hansı alaqların daha çox
yayıldığı haqqında məlumat toplayın;
- Yayılmış alaqların toxumunun morfoloji şəklini (silindrik, kürəşəkilli, oval və s. olmalarını)
müəyyən edin;
- Alaqların hansı üsulla daha çox yayıldığını öyrənin;
- Alaqların hansı sahələrə daha çox zərər vurduğunu öyrənin;
- Alaqlara qarşı hansı mübarizə tədbirlərinin aparıldığını öyrənin;
- Hansı herbisidlərin daha yaxşı təsir etdiyini və fermerlərə sərfəli olduğunu öyrənin;
- Herbisidlərin sahələrə necə və hansı texnika ilə çiləndiyini öyrənin.