3.4.6. Soğanaqlı və köküyumrulu alaqlar
Soğanaqlı alaq bitkiləri soğanaq və toxumları ilə çoxalır. Bu bitkilərdən yabanı soğan, sürünən ayrıqotu, sarımsaq, ayısoğanı, ilansoğanı, qarğasoğanı (Şəkil 3.28) və s. göstərmək olar. Köküyumrulu alaqlar torpaq altında gözcüklü yumrular əmələ gətirir. Bu qrup alaqlara yarpız, zəfəran, səhləb və başqaları daxil edilir.
3.4.7. Parazit bitkilər
Bu bitkilərin azlıq təşkil etdiklərinə baxmayaraq, kənd təsərrüfatına çox böyük ziyan vurur. Parazit bitkilər başqa alaq bitkilərindən öz bioloji xüsusiyyətləri ilə fərqlənir. Onların kökü və yarpağı olmur, ancaq başqa bitkilərin hesabına yaşayır. Bu parazit alaqlar başqa bitkilərin kökündən və gövdəsindən suyu, mineral və qismən də üzvi maddələri sorur. Qızıl sarmaşığın və kəhrənin müxtəlif növləri üçyarpaq qızıl sarmaşıq (Şəkil 3.29), kətan qızıl sarmaşıq, çöl qızıl sarmaşıq, günəbaxan kəhrəsi, çətənə kəhrəsi və s. belə parazit bitkilərindəndir. Bunları aqrotexniki tədbirlər və kimyəvi mübarizə aparmaqla sahələrdən təmizləmək olar.
3.4.7. Parazit bitkilər
Bu bitkilərin azlıq təşkil etdiklərinə baxmayaraq, kənd təsərrüfatına çox böyük ziyan vurur. Parazit bitkilər başqa alaq bitkilərindən öz bioloji xüsusiyyətləri ilə fərqlənir. Onların kökü və yarpağı olmur, ancaq başqa bitkilərin hesabına yaşayır. Bu parazit alaqlar başqa bitkilərin kökündən və gövdəsindən suyu, mineral və qismən də üzvi maddələri sorur. Qızıl sarmaşığın və kəhrənin müxtəlif növləri üçyarpaq qızıl sarmaşıq (Şəkil 3.29), kətan qızıl sarmaşıq, çöl qızıl sarmaşıq, günəbaxan kəhrəsi, çətənə kəhrəsi və s. belə parazit bitkilərindəndir. Bunları aqrotexniki tədbirlər və kimyəvi mübarizə aparmaqla sahələrdən təmizləmək olar. |
Tarla bitkiləri ilə mübarizədə mədəni (məhsul almaq üçün əkilən) bitkilərin böyüməsi və inkişafı üçün əlverişli (yaxşı) şərait yaradılması böyük rol oynayır. Mədəni bitkilərin cücərtiləri nə qədər yaxşı və sürətli inkişaf etsə, onların həyatı üçün şərait nə qədər əlverişli olsa, onlar alaqlara qarşı o qədər güclü olacaq və onlarla mübarizədə qalib gələcək. Alaqların əsas qrupları və nümayəndələri ilə tanış olduqdan və onlarla mübarizə üsullarını öyrəndikdən sonra aydın olur ki, alaqları qısa müddətdə məhv etmək olmaz. Alaqlarla mübarizədə aşağıdakı tədbirlər sistemi olmalıdır. Bitən alaqları məhv etmək, torpağı alaq toxumlarından, onların pöhrə verən kökləri və kökümsovlu gövdələrindən təmizləmək, tarlalara alaqların yenidən düşməsinin qarşısını almaqdan ibarətdir.