Sual 22. Bu vitaminlər (B
1, B
2, B
6, PP, C) hansı bitkinin tərkibindədir?
A) Yerkökünün;
B) Ağ turpun;
C) Ağ baş kələmin;
D) Kartofun.
Sual 23. Yerkökünün tərkibində orta hesabla neçə faiz zülal var?
A) 4-12 faiz;
B) 0,1-0,7 faiz;
C) 8-20 faiz;
D) 0,53-2,23 faiz.
Sual 24. Cəfəri bitkisi hansı fəsiləyə aiddir və neçə illik bitkidir?
A) Badımcankimilər fəsiləsinə aid, birillik bitkidir;
B) Kərəvizkimilər fəsiləsinə aid ikiillik bitkidir;
C) Asterkimilər fəsiləsinə aid, ikiillik bitkidir;
D) Badımcankimilər fəsiləsinə aid, ikiillik bitkidir.
Sual 25. Açıq sual: Çuğundur nəyə görə qan damarlarının elastikliyini artırır və ürək-damar
xəstəliklərinin qarşısını alır?
Sual 26. Çuğundur hansı fəsiləyə mənsubdur?
A) Tərəkimilər fəsiləsinə;
B) Kərəvizkimilər fəsiləsinə;
C) Asterkimilər fəsiləsinə;
D) Paxlakimilər fəsiləsinə.
Sual 27. Soğan hansı fəsiləyə aiddir və Azərbaycanda neçə növü müəyyən edilmişdir?
A) Kərəvizkimilər fəsiləsinə aiddir və 4 növü yayılıb;
B) Asterkimilər fəsiləsinə aiddir və 2 növü yayılıb;
C) Zanbaqkimilər fəsiləsinə aiddir və 4 növü yayılıb;
D) Boranıkimilər fəsiləsinə aiddir və 8 növü yayılıb.
Sual 28. Açıq sual: Soğan toxumu nə üçün gec islanır və gec cücərir?
Sual 29. Sarımsağın tərkibində neçə kül elementi var?
A) 7 element;
B) 17 element;
C) 9 element;
D) 42 element.