Sual 14. Qarpız bitkisi nə üçün quraqlığa davamlıdır?
A) Vətəni isti ölkə olduğu üçün;
B) Meyvəsi böyük olduğu üçün;
C) Tağı uzun olduğu üçün;
D) Güclü kök sisteminə və köklərin yüksək sorma qüvvəsinə malik olduğu üçün.
Sual 15. Qabaq bitkisinin inkişafı üçün əlverişli temperatur neçə dərəcədir?
A) 11 dərəcə selsi;
B) 35-38 dərəcə selsi;
C) 26-27 dərəcə selsi;
D) 15 dərəcə selsi.
Sual 16. Tərəvəz noxudu hansı fəsiləyə aiddir?
A) Paxlakimilər;
B) Badımcankimilər;
C) Boranıkimilər;
D) Kərəvizkimilər.
Sual 17. Açıq sual: Tərəvəz noxudu nə üçün yaxşı saləf hesab olunur?
Sual 18. Lobya bitkisinin neçə növü mədəni halda yetişdirilir?
A) 200;
B) 18;
C) 5;
D) 13.
Sual 19. Açıq sual:Nə üçün toxumçuluqda kələm bitkisi digər tərəvəz bitkilərindən
aralı
məsafədə
əkilməlidir?
Sual 20. Torpaqda əlverişli nəmlik və temperatur olanda ağbaş kələm bitkisində neçə günə
əsl yarpaqlar əmələ
gəlir?
A) 3-4 günə;
B) 16-19 günə;
C) 7-12 günə;
D) 22-28 günə.
Sual 21. Gül kələmdən sanatoriyalarda, müalicə müəssisələrində və uşaq bağçalarında nəyə
görə daha çox
istifadə edirlər?
A) Çox asan həzmə getmək xassəsinə malikdir;
B) Tərkibində yağ çox olduğu üçün;
C) Rənginə görə;
D) Suda yaxşı bişdiyinə görə.