|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 2
Sual 1. Tərəvəz bitkilərinin biologiya və becərilmə qaydalarının, habelə istifadəsinin
öyrənilməsini
asanlaşdırmaq üçün onları hansı cəhətlərinə görə qruplaşdırırlar?
A) Boyuna, rənginə, dadına, iriliyinə;
B) Botaniki təsnifatına, yeyilən hissələrə və becərilmə qaydalarına (aqrotexnika);
C) Yeyilən hissələrə, suvarmaya, gübrəyə tələbatına, keyfiyyətinə;
D) Yalnız bitkinin meyvəsinin dadına görə.
Sual 2. Pomidor hansı fəsiləyə aiddir?
A) Badımcankimilər;
B) Zanbaqkimilər;
C) Tərəkimilər;
D) Asterkimilər.
Sual 3. Respublikamızda pomidor bitkisi neçənci ildən becərilir?
A) 1500-ci il;
B) 1675-ci il;
C) 1862-ci il;
D) 1952-ci il.
Sual 4. Badımcan bitkisi hansı fəsiləyə aiddir?
A) Tərəkimilər;
B) Zanbaqkimilər;
C) Quşüzümükimilər;
D) Badımcankimilər.
Sual 5. Badımcan bitkisinin vətəni haradır?
A) Amerika;
B) Cənubi Yaponiyaya;
C) Hindistan;
D) Əfqanıstan.
Sual 6. Bibər hansı fəsiləyə aiddir və neçə illik bitkidir?
A) Badımcankimilər fəsiləsinə aid olub birillik bitkidir;
B) Quşüzümükimilər fəsiləsinə aid olub, birillik bitkidir;
C) Asterkimilər fəsiləsinə aid olub ikiillik bitkidir;
D) Badımcankimilər fəsiləsinə aid olub ikiillik bitkidir.