2.11.2. Tərxun bitkisi
Asterkimilər fəsiləsinə aid olub çoxillik ot bitkisidir. İstiliyə, torpağın münbitliyinə tələbkar bitkidir. Şaxtaya davamsızdır. Adi tərxun və Qafqaz tərxun formaları mövcuddur. Adi tərxun Rusiyanın çox yerində becərilir, boyu 1,25-1,5 metrə qədər çatır, ətri zəifdir, toxumla və vegetativ (şitillə) üsulla çoxaldılır. Əsasən, şorabaya qatmaq üçün işlədilir. Qafqaz tərxunu boyca xeyli qısa (30-35 santimetr), çox ətirli və zərifdir. Vegetativ üsulla kolların bölünməsi, kök pöhrələri və çilik vasitəsilə artırılır (Şəkil 2.41).
2.11.3. Yeralması bitkisi
Yüksək miqdarda A və B vitamini ilə zəngin olan bu şəfalı bitkidən həm çiy, həm də bişmiş halda istifadə olunur. Əsasən, bu bitkinin meyvələrindən müxtəlif xəstəliklərin müalicə olunmasında istifadə olunur. Şəkər, yəni diabet xəstələri və təzyiq xəstələri üçün çox əhəmiyyətlidir (Şəkil 2.42). |