Bioloji xüsusiyyətləri
Lobya paxlakimilər fəsiləsinə mənsubdur, vətəni Amerikadır. Lobya bitkisinin 200 növündən 18-i mədəni halda yetişdirilir, qalanları isə yabanı halda bitir. Bütün lobya növləri istisevən bitkilərdir. Lobyanın toxumları 8-10 dərəcə selsi istilikdə cücərməyə başlayır. Lakin bu bitki üçün ən əlverişli temperatur 18-20 dərəcə selsidir. Cücərtilər mənfi 0,5-1 dərəcə selsidə məhv olur. Lobya bitkisinin növlərinin və sortlarının suya tələbatı müxtəlifdir. Lobya bitkisinin suya tələbatı inkişaf dövrünün əvvəllərində az, çiçəkləmədən yetişməyə qədər olan dövrdə isə çoxdur. Bitkilərin yaxşı böyüməsi, inkişafı üçün nəmliyin və istiliyin normal olmasının böyük əhəmiyyəti var.
Ağbaş kələm, qırmızıbaş kələm, gül kələm, brokkoli kələmi, brüssel kələmi, daş kələm, ağ turp, qırmızı turp, rus turpu və şalğam.
2.5.1. Ağbaş kələmin əhəmiyyəti və bioloji xüsusiyyətləriAğbaş kələmin əhəmiyyəti
Ağbaş kələmin tərkibində sulu karbonlar (nişasta, sellüloza, pentoza), zülallar, orqanizmə lazım olan vitaminlər (C, B1, B2, B3, PP, K, İ), mineral duzlar və digər maddələr vardır. İ vitamini mədə və bağırsaqdakı yaraların sağalmasına müəyyən təsir göstərir, qaraciyər, ürək və başqa xəstəliklərin müalicəsinə kömək edir. Kələmdən adi və müxtəlif pəhriz xörəklərinin hazırlanmasında, sirkəyə, duza qoyulmuş, qurudulmuş və konservləşdirilmiş halda istifadə edilir (Şəkil 2.22, Şəkil 2.23).
Bioloji xüsusiyyətləri Ağbaş kələm kələmkimilər fəsiləsinin kələm cinsinə mənsub, ikiillik tərəvəz bitkisidir. Toxumu bucaqlı-dəyirmi və qəhvəyi rənglidir. Toxumun cücərməsi üçün öz çəkisinin 50 faizi qədər su tələb edir (əgər 1 toxum 10 qramdırsa, ona 5 qram su verilməlidir). Torpaqda əlverişli nəmlik və temperatur olanda, normal dərinliyə basdırıldıqda toxum 3-4 günə cücərti verir və 7-12 günə əsl yarpaqlar əmələ gəlir. Kələmin bütün növləri bir-biri ilə tozlanır. Buna görə də toxumçuluqda digər tərəvəz bitkilərindən aralı məsafədə əkilməlidir. Ağbaş kələm istiyə az tələbkar, soyuğa davamlıdır. Toxumu 2-3 dərəcədə az, 18-20 dərəcə selsidə daha sürətlə (3-4 günə) cücərir. Temperatur 12-15 dərəcə selsiyə çatdıqda bitkilər normal böyüyür. Ağbaş kələm başqa bitkilərə nisbətən torpağın nəmliyinə daha tələbkardır. |