Bununla bərabər kartofun yumrularında 12-15 milliqram faiz Ca (kalsium), 400-500 milliqram faiz K (kalium), 45-50 milliqram faiz P (fosfor), 1 milliqram faiz Fe (dəmir), A, B1, B2, B6, PP, K D, E, U vitaminləri var. Alimlərin tədqiqatları göstərmişdir ki, kartofun yumrularındakı zülalın böyük əhəmiyyəti vardır. Kartofda olan zülal digər zülallardan fərqli olaraq daha yaxşı həzm olunur. Bu xüsusiyyətinə görə taxılda və tərəvəzdə olan zülalları qabaqlayır, ancaq ətdə olan zülallardan bir qədər geri qalır. Kartof yeyinti və emal sənayesi üçün də gözəl xammaldır. Kartofdan hazırlanmış spirt və digər məmulatların tibbdə (səhiyyə sahəsində) böyük əhəmiyyəti vardır. Kartofdan sənayedə geniş istifadə edilir. Kartof heyvanların yemlənməsində xüsusi əhəmiyyətə malikdir.
Bioloji xüsusiyyətləri
Kartof badımcankimilər fəsiləsinə aiddir. Bioloji xüsusiyyətlərinə görə mülayim iqlim sevən çoxillik ot bitkisidir. Əkinçilikdə birillik bitki kimi becərilir. Bir çox məlumatlara görə ilk dəfə kartof Avropa qitəsinə, daha dəqiq desək, İspaniyaya 1565-ci ildə ikinci Filipin hakimiyyəti dövründə Perudan qayıdan gəmilərdə gətirilmişdir.
Kartof İspaniyada insanlar tərəfindən çox yaxşı bəyənilmiş və tezliklə bütün ölkəyə yayılmağa başlamışdır. Alimlərin fikrincə, kartof İspaniyadan İtaliyaya keçmiş və oradan da Avropanın başqa ölkələrinə yayılmışdır. 1588-ci ildə kartof bitkisi İngiltərəyə, 1600-cü ildə isə Fransaya gəlib çıxmış və əkin sahələri genişlənməyə başlamışdır. Rusiyaya kartof təxminən 1700-cü illərdə 1-ci Pyotrun vaxtında gətirilmişdir. Azərbaycanda kartof bitkisi XIX əsrin birinci yarısında Rusiyadan gətirilərək yayılmağa başlamışdır. Kartofun 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda geniş yayılmış 2 növü – Çili kartofu (Solanum tuberosum) və And kartofu (S. andigenum) var. Çili kartofu 3-6 gövdədən ibarət, hündürlüyü 50-80 santimetrdir. Yarpağı təklələkvari bölümlüdür. Gövdəyumrularının forması girdə, oval, uzunsov, ləti (rəngi) ağ, sarı, çəhrayı, qırmızı və göydür (Şəkil 2.14). Kök sistemi mildir və torpağın 70 santimetr dərinliyinə gedə bilir. |