|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 1
Sual 1. Bir hektar məhsul verən meyvə bağından götürülən ümumi gəlir bir hektar dənli
bitkilər sahəsindən
əldə olunan ümumi gəlirdən neçə dəfə artıq olur?
A) 5-8;
B) 20-22;
C) Bərabərdir;
D) 2-3.
Sual 2. Böyümə xarakterinə görə meyvə-giləmeyvə bitkiləri neçə qrupa ayrılır?
A) 6;
B) 4;
C) 12;
D) 21.
Sual 3. Bir ədəd odunlaşmış gövdəyə malik, uzun ömürlü, uca boylu bitkiyə nə deyilir?
A) Kol tipli ağac bitkisi;
B) Kol bitkisi;
C) Ağac bitkisi;
D) Yarımkol bitkisi.
Sual 4. Ağac bitkisi neçə qrupa bölünür?
A) 4 qrupa;
B) 12 qrupa;
C) 6 qrupa;
D) 3 qrupa.
Sual 5. Şaftalı, narıngi, əzgil, albalı bitkiləri boylarına görə hansı qrupa aiddir?
A) Sürünən;
B) Uca boylu;
C) Orta boylu;
D) Gödək boylu.
Sual 6: Açıq sual: Torpaq səthindən üstdə bir neçə ədəd odunlaşmış, ümumi bir kökə malik
gövdə əmələ gətirən
meyvə bitkisinə hansı ağac bitkisi deyilir?