Respublikamızda ağaclara calaq vurulması 10-dan artıq üsulda həyata keçirilir. Əsasən, yarma, sadə və göz calağından istifadə edilir (Şəkil 1.75). Çünki bu üsulla calaqların tutma faizi yüksəkdir, yaxşı qovuşur (tutur), calaqvurma zamanı az qələm tələb olunur. Calaqaltı materiallar kimi cır ağaclara üstünlük verilir. Bu materialları, əsasən, meşələrdən yığılan toxumları səpib yetişdirməklə əldə edilir. Calaqüstü material kimi məhsuldar, sağlam, yerli şəraitə davamlı ağaclardan istifadə olunur. Calaq vurmaq çox incə və ustalıq tələb edən işdir. Yay mövsümündə meyvəsi bəyənilən mədəni ağaclara nişanələr qoyulur. Calaq vaxtı həmin ağacların birillik zoğundan göz kimi istifadə olunur. Müxtəlif meyvə növlərində də yeni məhsuldar, xəstəliklərə davamlı, keyfiyyətli, daşınmaya davamlı sortların yaradılması üçün seleksiyanın əhəmiyyəti yüksəkdir.
Sərbəst iş üçün tapşırıqlar
|