1.7.5. Böyürtkən giləmeyvə bitkisi
Mədəni halda az becərilməsinə baxmayaraq, meyvələri çox qidalı və yüksək xüsusiyyətlərə malikdir (Şəkil 1.68). Böyürtkən meyvələrində şəkər 4-8 faiz, üzvi turşu 0,8-1,4 faiz, kül elementi 0,49 faiz, müxtəlif üzvi maddələr, vitaminlər və toxumunda 12,9 faiz yağ vardır. Meyvələri təzə halda yeyilir və ondan mürəbbə, cem, kompot şirə və şərab və s. məhsullar hazırlanır. Böyürtkən gülçiçəklikimilər fəsiləsinə aid olub 200-dən artıq növü becərilir. Meyvələrinə görə becərilən tünd-bənövşəyi böyürtkən daha geniş yayılmışdır. Böyürtkən sortları 300-dən artıqdır. Onlardan geniş yayılmış və daha əhəmiyyətli olan sortları bunlardır: Məhsuldar Miçurin, Texas, Aqavam.
1.7.6. Aktindiya (Kivi) giləmeyvə bitkisi
Yüksək qidalı və vitaminli meyvələrə malik olan aktindiya rütubətlə yaxşı təmin olunmuş isti iqlim şəraitində böyük əhəmiyyətə malik giləmeyvə bitkisidir. Son illər dünya miqyasında kivi adı verilməklə geniş yer tutmuşdur (Şəkil 1.69). Kivinin tərkibi çox zəngindir. Kivi meyvələrində 167 faizə qədər C, 0,02 mq faiz B1, 0,05 mq faiz B2, 175 faiz A1 vitamini, mineral duzlar və digər maddələr vardır. Dünyanın bir sıra ölkələrində Yeni Zelandiya, Fransa, İtaliya, Yaponiyada daha yüksək məhsul yığılır. Respublikamızın rütubətli və yarım rütubətli bölgələri üçün daha əlverişli hesab olunan növü Kivi adı ilə məşhurlaşan növüdür. Bu növlərin əksəri Şərqi Asiya ölkələrində yayılmışdır. Kivi sarmaşan bitkidir. Kivi sortları çox azdır. Onlardan daha geniş becəriləni iri meyvəli Xayvard sortudur. Bu sortun meyvələri nəqliyyatla daşınmaya və soyuducuda saxlanmaya davamlıdır. |