Şirin portağal sıx, yaşıl yarpaqlarla örtülü 12 metrə qədər hündürlükdə kol tipli ağac bitkisidir. Açıq
şəraitdə bir dəfə, aprel-may aylarında çiçəkləyir, havadan asılı olaraq isti şəraitdə ikinci dəfədə
çiçəkləyir. Portağalın on minə qədər sortu məlumdur. Yalnız Qafqazın Qara dəniz sahili rayonlarında 200-dən
artıq sortu yayılıb. Portağal sortları bir sıra xüsusiyyətlərinə görə müxtəlif olduğuna görə dörd qrupa
ayrılır. Daha geniş yayılan sortları Pervenets, Vaşinqton, Luçşiy Suxumskiy, Hamlin, Neopolitan korolyoku və
korolyok 100 sortlarıdır. Meyvəsi dekabr ayında yetişir.
Şəkil 1.56. Portağal sitrus meyvə bitkisi
1.6.4. Qreypfrut sitrus meyvə bitkisi
Meyvələrindən həm təzə halda, həm də emal edilmiş (şirə) şəkildə istifadə edilir. Meyvələrinin tərkibində
82,9-90 faiz su, 3,12-6,78 faiz şəkər, 1,42-3,14 faiz turşu və müxtəlif vitaminlər vardır (Şəkil
1.57).
Qreypfrut yabanı halda məlum deyil. Güman olunduğuna görə portağalın təbii hibrididir (portağaldan
yaranıb). Ölkəmizdə hələlik geniş yayılmadığından və yeni bitki olduğundan yeni sortları
yaradılmamışdır. Əsasən, xarici Marş sidlis (toxumsuz), Dunkan, Foster sortları becərilir. Noyabr-dekabr
aylarında yetişir.
Şəkil 1.57. Qreypfrut sitrus meyvə bitkisi