1.5.2.4. Dəfnə albalı subtropik meyvə bitkisi
Dəfnə albalı gözəl görkəmli, həmişəyaşıl yarpaqlarla örtülü, dadlı meyvələri olan bitkidir. Meyvələrinin tərkibində şəkərlər, müxtəlif turşular, mineral duzlar və vitaminlər vardır (Şəkil 1.51). Dəfnə albalıdan, əsasən, yaşıllaşdırmada istifadə edilir. Qafqazın Qara dəniz sahili rayonlarında və xüsusən, Batumi, Suxumi rayonlarında isə meyvə bitkisi kimi becərilir. Dəfnə albalı Gülçiçəklikimilər fəsiləsinə aiddir, 25-dən artıq növü vardır. Bunlar əsasən, Asiyada, Aralıq dənizi sahili bölgəsində, Amerikada yayılmışdır. Keçmiş SSRİ məkanında yabanı halda bir növü yayılmış, mədəni halda isə 3 növü becərilirdi. Dəfnə albalının, əsasən Çəhrayı şirin, Qara meyvəli erkən yetişən, Qara meyvəli şirin, Şirin ağ meyvəli sortlarının becərilməsi məsləhət görülür. Əsasən, iyun-iyul aylarında yetişir. |
Sitruslar sədokimilər fəsiləsinə aiddir. 203 növü var. Bunlardan daha qiymətli olanı və praktiki əhəmiyyət kəsb edəni sitrus cinsidir. Böyük əhəmiyyətə malik sitrus meyvələri zəngin kimyəvi tərkibi, yüksək qidalılığına görə çox qiymətlidir. Vitaminlərlə zənginliyi, efir yağlarına malik olması tibb sahəsində əhəmiyyətini artırır. Sitrus cinsinə daxil olan növlərindən Limon, Naringi, Portağal, Qreypfrut daha geniş yayılmışdır.
1.6.1. Limon sitrus meyvə bitkisi
Limon subtropik meyvə bitkiləri içərisində qiymətli bitkidir. Ölkəmizdə Limon (Sitrus) meyvə bitkiləri arasında narıngidən sonra ikinci, dünyada isə üçüncü yerdə durur. Limon meyvələri yüksək qidalılıq və müalicəvi əhəmiyyətə malikdir. Limon meyvələrindən tibbdə çox geniş istifadə edilir (Şəkil 1.52). Limonun elmi adı Sitrusdur və o 3-5 metr hündürlüyündə kol tipli ağac bitkisi olub yalnız mədəni halda becərilir. Meyvələri 30-40 qramdan 500-600 qrama qədər olur. Limon uzunömürlü bitkidir. Limonun 200-ə yaxın sortu vardır. Bunlardan ölkəmizdə daha geniş yayılanı Meyer, Yeni Gürcüstan, Lisbon, Villa-Franka, Udarnik sortlarıdır. Əsasən, sentyabr-dekabr aylarında yetişir. |