1.5.1.2. Nar subtropik meyvə bitkisi
Nar böyük xalq təsərrüfatı əhəmiyyətinə malik bitkidir. Nar meyvəsindən müxtəlif məmulatlar
nar şirəsi, narşərab, spirtsiz içkilər, üzüm bəhməzi ilə nar toxumundan hazırlanmış nardaşı,
spirt, nardaça, şərab və s. hazırlanır. Nar meyvəsinin 27-52 faizini qabıq, 36-75 faizini
şirə, 7-21 faizini toxumlar təşkil edir. Nar şirəsində 76-78 faiz su, 8-20 faiz şəkər, 4-10
faiz qlükoza, 3 faizə qədər yağ, 1,5 faiz zülal, 0,2-9,0 faiz turşu, 14 faizə qədər C
vitamini vardır (Şəkil 1.44). Narın iki növü vardır: Bunlardan biri yabanı halda Hind
okeanında Sokotra adasında yayılmışdır. Adi nar yabanı halda ölkəmizdə rast gəlinir. Narın
500-dən artıq sortu məlumdur. Bunlar həm morfoloji-bioloji xüsusiyyətlərinə, meyvələrinin
keyfiyyətinə, həm də yetişmə vaxtlarına görə bir-birindən fərqlənir. Respublikamızda geniş
yayılmış və böyük təsərrüfat əhəmiyyəti kəsb edən sortlar Azərbaycan gülöyşəsi - Çəhrayı
gülöyşə, Qırmızı qabıq, Nazik qabıq, Bala Mürsəl, Şah nar, Vir №-1 sortlarıdır. Bu sortlar
aprel-may aylarında çiçəkləyir və oktyabr ayında yetişir.
|
Şəkil 1.44. Nar (Subtropik meyvə bitkisi)
|